Bu gün gözəllik anlayışı sadəcə gözəl üz və incə bədən quruluşu olaraq tamamlanmır. Dəyişən trendlər bütün qadınlara təsir edir. Bənzərsiz özəlliyimizi vurğulamağı və qüsurlarımıza görə özümüzü günahlandırmamağı bizə öyrədən modellər var.

Gözəllik standartlarını yerlə bir edən 7 modeli siz də tanıyın. 🙂

Marian Avila

Marian Avila daun sindromlu ilk ispan modeldir. Marianın arzusu Nyu-Yorkda moda həftəsində iştirak etmək idi. Bu xəyalı gerçək oldu. Talisha White-da işləyənlərdən biri Marianı Instagramda gördü və onunla əlaqə yaratdı. Hal-hazırda o, Harper’s Bazaar və Vogue ilə işləyir.

Tess McMillan

Tess McMillan uşaqlığından bəri aktrisa olmaq istəyirdi. Bu ixtisas üzrə 2 il təhsil aldı, onun həyatı isə bir fotosessiyadan sonra dəyişdi. Zalando, JCPenny kimi markalarla işləyən Tess bir reklam kampaniyasında da yer alıb. Digər modellərdən daha çəkili olan Tess bu formada da cazibədar görünə bilir.

Issa Lish

Issa Lish yarı meksikalı və yarı yapon nəsillidir. Instagram hesabında rəngli paylaşımlar edən Issa gözəllik standartlarına meydan oxuyan modellər arasında yer alır. Həddən artıq arıq olsa da, indi müxtəlif brendlərlə çalışır.

Alice Wilson

Alice Wilsonun üzü çillərlə doludur. Çilli simasını tamamlamaq üçün qəhvəyi gözlərini linza ilə dəyişərək mavi edir.

Jazelle Zanotti

Jazelle rap-rave tərzində musiqi bəstələyən Cənubi Afrika qrupu Dia Antwoordla dostluğu qeyri-adi görünməsinin səbəblərindən biridir. O, makyajında parlaq rənglərə üstünlük verir.

Serafima Solovyova

Serafima digər modellərdən fərqli düşünür. Çünki, qadınlığın saçla əlaqəli olmadığına əmindir.

Sophia Hadjipanteli

Siyahımızın sonunda fərqli bir ad var. Sophianın atası kirpli, anası isə ingilisdir. O, qaşlarına heç bir düzəliş etmir və saçları sarı olmasına baxmayaraq qaşlarını qara rəngə boyayır. Bunu niyə edir? Səbəbi cəmiyyətin müəyyən etdiyi qaydalara meydan oxumaqdır.

Yuxarıda qeyd etdiyimiz nümunələr kimi bir çox insan var. Onlar özlərini gözəllik standartına uyğunlaşmaq məcburiyyətində hiss etmirlər. Baxımlı olan hər bir qadın gözəldir! 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂