Uşaq olarkən  böyüyəndə kim olmaq istəyirdiniz? Çox  güman ki, müəllim, həkim, vəkil, polis…Amma  yüksək və davamlı əmək haqqı almaq üçün mütləq deyil yuxarıda sadalanan ixtisasa yiyələnmək.Dünyada elə qəribə ixtisaslar var , hansı ki onların gəliri qat-qat çoxdur.

http://imagizer.imageshack.us/v2/xq90/907/RZwqvy.jpg

Kazino meneceri. Kazino menecrinin əsas vəzifəsi oyun qaydalarının pozulmasına imkan verməmək və fırıldaqşıları aşkar etməkdir.Bu ixtisasa  sahib işçilərin çoxu ali təhsilə malikdirlər, ancaq burada diplom əsas şərt deyil.Kazinonun nüfuzundan asılı olaraq kazino menecerləri ildə 60000-85000 dollar arasında məvacib alır.


http://imagizer.imageshack.us/v2/xq90/742/Cy59Wt.jpg

Zibil daşıyıcıları. Baxmayaraq ki,çoxları bu işə istehza ilə yanaşır zibil daşıyıcılarının illik gəliri 43000-60000 dollar


http://imagizer.imageshack.us/v2/xq90/538/D28yDY.jpg

Dondurma üzrə dequstator. Dequstatorlar adətən süd məhsulları istehsal edən kompaniyalarda çalışaraq, yeni dondurmaların yaradılmasında xidmət edir.Dequstatorların illik orta gəliri 56000 dollar hesablanır, amma məbləğ kompaniyanın nüfuzundan asılı olaraq daha böyük ola bilər.Misal üçün “Dreyer” firmasının dequstatoru olan Con Harrison “dondurma-adam” kimi tanınır. Con Harrison indiyədək 3000000 kq dondurmanın dadına baxıb. Onun dad reseptorları 1 mln. Dollara sığortalanıb, illik gəliri isə 70000-100000 dollar civarında dəyişir.


 http://imagizer.imageshack.us/v2/xq90/537/ukbzSU.jpg

Səsləndirmə və kadrarxası tərcümə üzrə mütəxəssis.Reklam roliklərinin, filmlərin, videooyunların və cizgi filmlərinin səsləndirilməsi bu işçilərin öhdəsinə düşür.İşçilərdən xüsusi təhsil tələb olunmur.Öz səsinin tənzimlənməsi üzrə kurs keçmiş insanlar dəvət olunur bu işə.Eyni zamanda xoş səsli insanlar arzu olunur.Bu işdə çalışanların ən aşağı illik gəliri 80000 dollardır.


http://imagizer.imageshack.us/v2/xq90/661/sv805J.jpg

Dəfn mərasimin təşkilatçısı. Dəfn mərasimində mərhumun qohumlarının çiyninə düşən ohdəliklərin hamısını bu təşkilatçılar yerinə yetirir.Dəfn mərasiminin təşkilatçılarının illik gəliri 82000 dollardan başlayır.


http://imagizer.imageshack.us/v2/xq90/902/SL7AWd.jpg

Geoqraf. İnsanların çoxu bu ixtisasın mövcudluğundan xəbəri yoxdur.Geoqrafların vəzifələri yer kürəsinin  relyef dəyişiklərini xəritələr üzərinə köçürməkdir.Bu ixtisasa sahib olmaq üçün bakalavr təhsili tələb olunur.Geoqrafların illik gəliri 70000 dollar təşkil edir.


http://imagizer.imageshack.us/v2/xq90/540/jn8lWH.jpg

Konduktor. Konduktor metro, vaqon, tramvayda sərnişin daşımalarında bələdçi qismində çıxış edir.Bu işdə işləmək üçün tələb olunan yeganə şərt orta məktəb təhsilinin olmasıdır.Yerdə qalan öhdəlikləri mənimsəmək üçün bir neçə ay bəs edir. Lazım olan lisenziyanı aldıqdan sonra konduktorlar harada işləyəcəklərinə özləri qərar verir.Konduktorların illik gəliri 58000-60000 dollar təşkil edir.


http://imagizer.imageshack.us/v2/xq90/909/UzDl1W.jpg

Xot-doq  satıcısı.  Adətən  xot-doq satıcıları bizdə xüsusi təəssürat oyatmır.Əksəriyyət hesab edir ki, bu işdə heç bir çətinlik yoxdu, amma bu belə deyil. Xot-doq satıcıları kütləvi qidalanma mərkəzlərində yerləşdiyi üçün burada əsas şərt gigiyena və sanitariya qaydalarına əməl etməkdir.Bizə təəccüblü gəlsə də xot-doq satıcılarının illik gəliri 30000 dollardan çox olur.Xüsusilə sıx məskunlaşmış şəhərlərdə ( Nyu-York, mexiko və s.) bu işçiləriin illik gəliri 6 rəqəmli məbləğə çatır.


http://imagizer.imageshack.us/v2/xq90/540/KWlzKv.jpg

Somelye. Somelye nüfuzlu restoranlarda çalışan içkilər haqda hər şeyi bilən insanlardır.Somelye şərab içkilərinin alınması, saxlanılması və müştərilərə təqdim edilməsi üzrə məsul şəxs hesab olunur.Somelye olmaq üçün bir  neçə aylıq kurs keçmək kifayətdir.”Forbes” jurnalının verilənlərinə əsasən somelyenin illik gəliri 80000-160000 dollar təşkil edir.


http://imagizer.imageshack.us/v2/xq90/909/3ktBrG.jpg

Lift ustaları. Lift ustaları liftlərin quraşdırılması və barpası, eskalatorların və digər qaldırıcı qurğuların təmiri ilə məşğul olur.Bir qayda olaraq burada xüsusi təhsil və bacarıqlar tələb olunmur.Bir neçə il işləyib bu işin bütün xırdalıqlarına yiyələnmək olar.Təkcə ABŞ-da 20000-ə yaxın lift ustası var və onların əmək haqqısı ildə 70000-80000 dollar olur.