Soyuq havalarda daha tez-tez xəstələnirsiniz? O zaman immunitetinizə kömək edəcək reseptləri hazırlamağa başlayın!

Bal və sarımsaq

1 stəkan təbii bal və 8-9 diş sarımsağı qarışdırın. Qaranlıq otaqda 4-5 gün saxladıqdan sonra hər səhər bir qaşıq baldan yeyin, sarımsağın da birini udun. Bütöv şəkildə udduğunuz üçün qoxu olmayacaqdır. Balın tərkibi vitaminlərlə və antioksidantlarla zəngindir. Sarımsaq isə qanı yüksəldir və viruslardan uzaq tutur. Ona görə də bunu istifadə etdiyiniz zaman özünüzü daha yaxşı hiss etməklə bərabər, daha enerjili olacaqsınız.

Limon və su

1 stəkan ilıq suya yarım limon suyunu sıxırıq. C vitamini ilə zəngin olan su, həm də sizi daha gümrah saxlayacaq. Məsləhətdir ki, limon suyunu sıxandan dərhal sonra içəsiniz. Qaldıqda limonun tərkibindəki vitaminlər ölür. Bu qarışım mədə bağırsaq üçün də əladır.

Zəncəfil, limon və istiot çayı

Kök zəncəfildən bir az kəsib, yarım limon suyu və yarım çay qaşığı istiotu qarışdırıb yarım isti su ilə qarışdırıb, 1 dəqiqə qaynadırıq. Daha sonra içə bilərik. Əgər çox acıdırsa 1 çay qaşığı bal da qata bilərik. Anti- bakterial təsiri ilə sizləri viruslardan qoruyacaq və C vitamini ilə zənginləşdirəcəkdir.

Yaşıl içki

2 stəkan ispanaq, 2 ədəd portağal, 2 sap kərəzivi və kiçik təmizlənmiş zəncəfil kökünü şirəçəkən maşında hazırlayırıq. Dadlı və sağlam içki sizin immunitetinizi yüksəltməkdən əlavə, bütün bədənin təmizlənməsinə də kömək edəcəkdir.