İngiltərənin “Daily Mail” qəzetinin müxbiri Sara Smit (Sarah Smith) öz üzərində maraqlı eksperiment aparıb. Baş ağrısı və həzm problemindən əziyyət çəkən jurnalist həkimə müraciət edib. Yerli həkimlər ona gündə 3 litr su içməyi tapşırıblar.

Qeyd edək ki, 42 yaşlı jurnalist qadın həkimlərin dediyi kimi 4 həftə ərzində 3 litr mayeni qəbul edib və nəticədə səhhəti xeyli yaxşılaşıb. O, həmçinin bu günlər ərzində 10 il cavanlaşdığını və üzündəki cizgilərin aradan getdiyini bildirib.