İnsan olmaq, heç çətinlik çəkmədən bir çox mövzudan nifrət etmək deməkdir. Bu mövzuların illa müharibə kimi ciddi şeylər olmasına ehtiyac yoxdur.

Məsələn, ağzını marçıldadaraq yemək yeyən birinin yanında oturmaq da, bəzən içimizdə nifrət hissi oyandıra bilir.

Yaşadığımız şəhər, baqqallar, iş yoldaşlarımız, kütləvi nəqliyyat vasitələri, çətin həyat şərtləri… Qısaca hər şey bizim ruh halımıza mənfi istiqamətdə təsir edə bilər, amma bu siyahımızda bizi həyatdan soyudan və narahat edən davranışları bir araya toplamışıq.


1. Şəxsi zonanın nə olduğundan xəbərsiz insanlar

İnsanların bədən istiliyini əmərək həyatda qalan bu insanlar, adətən kütləvi nəqliyyat vasitələrində yuva qururlar. Bunların sosial həyata adaptasiya ola bilənləri də ‘sırtıq’ olaraq adlandırılır.


2. Öskürərkən ağzını bağlamayanlar

Qayda 1: öskürərkən, əsnəyərkən və asqırarkən ağzını bağla.
Əlinizi yüngülcə qaldırmaq surətiylə ağızınıza tutun. Öskürmək bitənə qədər orada saxlayın. Bir salfet köməyiylə də əlinizi silin.


3. Çənəsi dayanmayan, davamlı olaraq danışan insanlar

Bu insanlar elə çox danışırlar ki, sizi həyatdan soyudurlar. Sanki dünyadakı ən maraqlı hadisələr onların başına gəlib və danışmasalar öləcəklərmiş kimi çırpınıb dururlar. Bunu bilmələrini istəyirik ki; izah etdikləri şeylər o qədər də maraqlı və əhəmiyyətli deyil. Şişirtməyə ehtiyac yoxdur.


4. Hər şeydən şikayət edən insanlar

Hər şeydən şikayət etmək artıq dəb halını alıb. İnsanlar tez-tez həyatlarının nə qədər darıxdırıcı və yaşanılmaz olduğunu təkrarlayırlar. Sanki xoşbəxtlik darıxdırıcı, bədbəxtlik isə çox xarizmatik bir duyğudur.


5. Düşüncələriniz onunkiylə uyğun deyil deyə, sizə hörmət etməyənlər

Bu insanlarla mübahisə edərkən ilk başda özümüzü kifayət qədər izah edə bilmədiyimizi düşünürük. Müzakirə irəlilədikcə düşüncələrimizi daha açıq izah edə bilmək üçün çırpınır, nə etsək də bizi anlamayacağını fərq etdiyimiz anda, müzakirə üçün doğru mövzunu deyil, doğru adamı tapmağın əhəmiyyətli olduğunu anlayırıq.


6. Yeməyini ağzı açıq yeyənlər

“Baxın, baxın nə yeyirəm?! Görmürsünüzsə ağzımı daha çox açım? “


7. Sözümüzü kəsən insanlar

Bizi ən çox əsəbiləşdirən insan tiplərindən biri də, danışan adama hörmət etməyib, onun sözünü kəsən insanlardır. Bu tiplər; söhbət əsnasında qarşısındakını dinləmək yerinə, davamlı olaraq özləri bir şey izah etmək istəyir və dərhal sözə başlayırlar. Məhz o an isə izah etdikləri hər şey əhəmiyyətini itirir.


8. Ağzından bir dəfə belə “Haqlısan.” sözü çıxmayan insanlar

Ətrafınızdakı insanları düşünün, onların neçəsi bir mübahisə əsnasında “Haqlısan.” deyir? Bu qədər çox mübahisə edən insanın olduğu bir mühitdə, hər kəsin haqlı olması qeyri-mümkündür. Lakin heç kim haqsızlığını qəbul etmir. Hətta müzakirə əsnasında haqsız olduğunu anlasalar belə, özlərini müdafiə etməyə inadla davam edirlər.


9. Növbəyə əhəmiyyət verməyib, onu pozmağa çalışanlar

“Sıranı Pozma” adlı bir idman növü olsa birincilik medalını ölkə olaraq biz qazanarıq. Bu hərəkət artıq hörmətsizlik olaraq görülməkdən də çıxıb. Əgər biri növbəni pozub irəliyə keçə bilibsə, o yer onun haqqıdır kimi qəbul olunur.


10. Hər şeyi şişirdən insanlar

“Kimi gördüyümə İNANA BİLMӘZSİNİZ!” – (Bir dostunu görüb)
“Keçən gün həyatımın ən pis gününü yaşadım.” – (Bankamatdan pulunu çəkə bilməyib)
Yaşadığı həyatın sıraviliyində boğulan insanlar, çarəni vəziyyəti qəbul etmək yerinə, şişirtməkdə tapır. Lakin həyatı bu qədər şişirtməyə ehtiyac yoxdur. Nəticədə yaşadığın şeylər o qədər də əhəmiyyətli deyil, eynilə həyatın kimi…


11. Yüksək səslə telefonda danışanlar

Əlindəki telefonla dünyanın o biri ucu ilə ünsiyyət qura bildiyinə inanan, amma bağırmasa səsini eşitdirə bilməyəcəyini düşünən bu insanlar da bizi həyatdan soyudur.


12. Özlərini çoxbilmiş sananlar

Əvvəlcə Facebookda “bilinməyən gerçəklər” başlığı ilə oxuduğunuz hər şeyə inanmayın. İnansanız belə bu məlumatları özünüz kəşf etmisiniz kimi yaymağa çalışmayın. Arada bir olsa da, bir şeylər bilmədiyinizi qəbul edin. Nəticədə insan nə qədər çox şey öyrənsə, o qədər çox şey bilmədiyinin fərqinə varar.