Ətrafımızdakı insanları daha yaxşı anlamaq üçün sizinlə psixoloji məsləhətləri bölüşürük.

    1. Qrup halında insanlar eyni zamanda güləndə, onların hər biri özlərinə aralarında daha çox xoş olan insanın üzünə baxaraq gülürlər.

    2. Əgər söhbət zamanı qarşınızdakı insan sizə əllərini nümayiş etdirirsə, bu onun sizə etibar etdiyi anlamına gəlir.

    3. Müzakirə zamanı başınızla jestlər etsəz (məs: hə demək) və suallar verməyə başlasanız həmsöhbətiniz sizə daha çox yaxınlaşacaq və söhbəti davam etdirmək arzusunda olacaq.

    4. Yalan danışarkən yalana hər hansı bir utandırıcı xırdalığı əlavə edin. Bu yalanınızı şübhələrdən azad edəcək.

    5. Sual verdiyiniz zaman sizə yarımçıq yaxud ötəri cavab versələr,sadəcə sakitcə gözləyin. Sakitçilik hiss edilib sualınız tam olaraq cavablandırılacaq.

    6. Bir insandan hər hansısa xidməti göstərməyə xahiş etsəniz, özünüzdə həmin insana cavab olaraq xidmət göstərməyə hazır olun.

    7. Saqqız stressdən qurtulmağa kömək edir. İmtahana gedərkən stress və həyacandan qurtulmlaq üçün bu üsuldan mütləq istifadə edin.

    8. Söhbət zamanı qarşınızdakı insanın ayaqlarına fikir verin, əgər ayaqlar sizin tərəfə istiqamətlənibsə, deməli insan sizinlə maraqlanır.

    9. Söhbət zamanı gülümsəyin və həmsöhbətinizin gözlərinə baxın. Bu zaman qarşınızdakı insanın bütün diqqəti sizdə olacaq və siz onda maraq oyadacaqsınız