Gündəlik işlərin ağırlığı arasında insanın canı çay, qəhvə qoxusundan başqa bir qoxu duymaq, təbiət səslərini eşidib bir az rahatlamaq istəyir. Bunun üçün də qulaqcıqlarınızı taxın, bitki çayınızı alın və bu saytlar arasında gəzintiyə başlayın:



Calm – Təbiət səsləri yoldaşlığında, mükəmməl mənzərələri seyr edərək gündəlik stresinizdən xilas olun.



A SOFT MURMUR – Dalğa, şimşək, atəş… bütün səsləri qarışdırıb axtardığınız təbiət səsini tapın.



LOUNGE V – İstədiyiniz təbiət videosunu seçib tam ekran edin və özünüzü orada hiss etməyə başlayın.



SOUND drown – Dilədiyiniz təbiət səsləri yoldaşlığında enerjinizi toplayın.



JAZZ AND RAIN – Jazz ilə yağış damlalarının görüşdüyü bu nöqtədə özünüzü tam fərqli yerlərə aparın.



Bunlardan əlavə Bildirchin.az’a da baş çəkib stressinizi ata bilərsiniz. 🙂