Hədəflərinizi həyata keçirmək üçün bu 3 şeydən imtina edin

7228

     İnsanların ən çətin sınaqlarından biri də, həyatın ona yüklədiyi məsuliyyətlər ilə həqiqətən etmək istədiyi şeylər arasında balans yaratmağa çalışmaqdır. İstər idmana başlamaq istəyin, istər öz işinizi qurmaq, istərsə də bir kitab yazmağı arzulayın bu istəkləri həyata keçirmək üçün aşmalı olduğunuz çətinliklər daim olacaqdır.


Biz də bu məqaləmizdə tək və qısa həyatlarımızda həqiqətən etmək istədiyimiz, xəyalını qurduğumuz şeyləri həyata keçirmək üçün imtina etməli olduğumuz 3 şeyi sıraladıq:

Hədəflərinizi gözünüzdə böyütməkdən vaz keçin.
Etmək istədiyimiz şeylərə başlayarkən bizi saxlayan şeylərdən biri də, o şeyi gözümüzdə böyüdərək, zaman keçdikcə hədəflərimizdən qorxmaqdır. Bunu etmək yerinə bunları edin:

– Öz özünüzə böyütmək yerinə, sizinlə bənzər hədəfləri olan və bu hədəfləri reallaşdırmış şəxslərin təcrübələrinə fokuslanın. Edə bilirsinizsə, bu insanlarla danışın və ya müvəffəqiyyət hekayələrini araşdırın. Qorxduğunuza dəymədiyini və bəzi şeylərin qeyri-mümkün olmadığını anlayacaqsınız.

– Özünüzdən “Ən pis nə ola bilər ki?” deyə soruşun və bu sualı dürüstcə cavablandırın. İşin sonunda ortaya çıxacaq ən pis ssenarinin belə sizin gözünüzdə böyütdüyünüzdən daha günahsız olduğunu görəcəksiniz.


Hər şeyə nəzarət etməyə çalışmayın.
Tədbirli olmaq və işini şansa buraxmamaq hədəfləri olan insanlar üçün lazımlı xüsusiyyətlərdəndir, ancaq tədbirli olmaqla, bir şeyə gündə 50 dəfə nəzarət etməyi qarışdırmayın. Bunu etmək yalnız işinizi çətinləşdirər.

Onun yerinə belə davranmağı yoxlayın: Məğlub olmaq ehtimalının olduğunu və bunun normal olduğunu düşünün, çünki bu istər istəməz olacaqdır! Hədəfə gedən yolda yıxılmaq da, qalxmaq qədər normal bir şeydir. Normal olmayan şey isə sizin bunu kifayət qədər normal qarşılamamağınızdır!


Mükəmməl bir başlanğıc etmək məcburiyyətində hiss etməyin.
Etməyi istədiyiniz şey çox sadə bir şey olmasa belə, kiçik-kiçik addımlarla başlamaq ən yaxşısıdır, çünki mükəmməl və dəbdəbəli bir başlanğıc etmək üçün uyğun şərtlərin təmin edilməyini gözləyərkən, o şeyi əsla həyata keçirmədiyinizi görəcəksiniz. Ona görə əvvəl iməkləyin, sonra gəzin; ən sonunda da qaçın! Çünki, birbaşa qaçacağam deyə gözləyəcəyiniz zamanda iməkləyərək çox yol qət edə bilərsiniz.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: