Həyatınızın insanını tapdığınıza 10 işarə

753

Həyatınızın insanını tapdığınızdan necə əmin ola bilərsiniz? Psixoloqlar bu suala ətraflı cavab verdi.

1. Onun fərqli xüsusiyyətlərini bəyənirsiniz. 

Xasiyyətlərin biri birindən tamamilə fərqli olması adətən ilk görüşdə insanları cəlb edir. Bu “əks”lərlə biri birinizi tamamladığınızdan və illər sonra da onların sizi qıcıqlandırmadığından əminsinizsə, bu insan, Odur.

2. Onun yanında özünüz kimi ola bilərsiniz. 

Münasibətlərin ilk aylarında mükəmməl saç düzümü, qüsursuz dırnaq boyası kimi şeylər şərtdir. Bəs bəzən bütün bunları etməyə həvəssiz olduğunuzu etiraf edib, onun qarşısına olduğunuz kimi çıxmağa hazırsınızmı? Əgər cavab müsbətdirsə, siz yanılmırsınız.

3. Onun yanında siz daha yaxşı olmağa can atırsınız. 

Sevdiyimiz insanın gözündə hər zaman daha yaxşı olmağa çalışırıq. Əgər onun yanında siz özünüzü dünyanın ən yaxşısı hiss edir və günbəgün daha da yaxşı olmağa can atırsınızsa, həyatınızın insanı ilə birlikdəsiniz deməkdir.

4. Sizi birləşdirən təkcə sevgi deyil, həm də dostluqdur. 

Əgər siz birlikdə zaman keçirməyi sevir, ortaq maraqlarınızla məşğul olmaqdan zövq duyursunuzsa, siz həm də çox yaxşı dostsunuz. Bu isə o deməkdir ki, siz doğru yolda addımlayırsınız.

5. Siz bir-birinizin uğurlarına sevinirsiniz.

Dost dar gündə tanınır, həyatınız insanı isə xoş günlərdə. Həyatınızın insanı sizin uğurlarınıza ürəkdən sevinməli və bu uğurlarla öz uğuru imiş kimi öyünməlidir.

6. Siz biri birinizin qayğısını çəkirsiniz. 

Və təkcə xüsusi günlərdə deyil. Həyatınız insanı kiçik jestlərlə ona nə qədər dəyərli olduğunuzu götərəcək. Və onun hər saniyə “səni sevirəm” deməyinə ehtiyac yoxdur, çünki o, hərəkətləri ilə bunu hiss etdirir.

7. Siz bir-birinizi dəyişməyə çalışmırsınız. 

Burada izah etməli heç nə yoxdur. Sadəcə əvvələ qayıdıb, 1-ci qaydanı oxuyun.

8. Siz bir-birinizə güvənirsiniz.

Həyat təkcə şəkərdən ibarət deyil. Acı hiss etdiyiniz anda batmış gəminiz sıxıntınızı paylaşmaq üçün sizi onun limanına gətirirsə, bu insan həyatınızın insanıdır.

9. Uşaqların tərbiyə olunması mövzusunda eyni fikirlərdəsiniz. 

Və ümumiyyətlə neçə uşağınızın olmasını istərdiniz? Eyni mövqedə olmağınız üstünlükdür.

10. Gələcəklə bağlı ortaq planlarınız var. 

Birlikdə ağac əkmək, ev tikmək və səyahət etmək arzusundasınız? Bu yolda onun əlindən bərk-bərk yapışın, çünki həm yol, həm insan, ikisi də doğrudur.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal