Hədəfsiz gəmiyə heç bir külək kömək edə bilməz. (Montaigne)

Hər insanın bir hədəfi olmalıdır, çünki nəyəsə nail olmaq istəyiriksə önümüzə böyük və ya kiçik hədəflər qoymalıyıq. Hədəfin sizin üçün əhəmiyyəti müvəffəqiyyətə gətirəcək. Azad iradəyə sahib tək varlıq olan insan, nə üçün hədəf təyin etməlidir.Əgər həyatınızda hədəfləriniz yoxsa eynilə kürəksiz bir qayıq kimi axıntı bizi hara götürərsə ora gedərik. Məqsədinizi təyin etdikcə həyatınız mənalı olar. Hədəflərimizi gerçəkləşdirdikdə isə xoşbəxt olub-olmamamaq yenə də bizim əlimizdədir. Bəzən hədəfimizi gerçəkləşdirmədiyimiz üçün üzgün olarıq. Yaxşı bəs niyə?Çünki istəklərimiz ilə bacarmaq istədiklərimiz hədəfi qarışdırarıq. Hədəf, arzu etdiklərimiz arasından ona nail olmağa çalışdıqlarımızdır. Hədəflər azaldıqca istəklər artmaqdadır, çünki hədəf azaldıqca arzular artmaqdadır. Arzu və hədəf qarışdırılmamalıdır. Arzu, sahib olmaq istədiyimiz hər şey ikən, hədəf arzularımız arasından çatmaq istədiyimiz dəyərlərdir.

Bizlər özümüz üçün hədəf təyin etməsək başqaları bizlər üçün təyin edər. Həyatdan nə gözlədiyimizi, bizi nəyin motivasiya etdiyini,edə biləcəklərimizin nələr olduğunu tapmağımız lazımdır.

Arzularımız reallaşmayınca (hədəf yerinə) özümüzü müvəffəqiyyətsiz hiss edərik. Əslində müvəffəqiyyətsiz deyilikç çünki reallaşmayan hədəf deyil arzularımızdır …

Bu həyatda kim müvəffəqiyyətli olmaq istəməz ki! Hər kəsin müvəffəqiyyətli olmaq istəyəcəyi yer, vəziyyət fərqli olacaq ya da bənzər..

Bu nöqtə də müvəffəqiyyət nədir? Müvəffəqiyyət, imtina etmə nöqtəsində verdiyimiz müsbət qərardır və qərar verdiyimiz hədəfə çatmaqdır.

Müvəffəqiyyət qapımızı çalar ya da çalmaz. Bizlər müvəffəqiyyətli olmaqdan çox hədəflərimizə gedən yolları da öyrənərik. Bəzən bu yollarda səhv də edə bilərik. Səhv etmək müvəffəqiyyətin ilk şərtidir. Səhv təkrarlanmadığı müddətcə səhv deyil.

Amerikada böyük bir şirkətin yüksək səviyyəli idarəçisi səhvli bir qərar qəbul edir səhvi firmaya 1,5 milyon $ zərər etdirər. Çox kədərlənər və idarə heyəti sədrinin yanına gedərək istefa məktubunu verər.”Bu səhvimdən sonra artıq mənimlə çalışmaq istəməzsəniz, deyə düşündüm” deyər. İdarə heyətinin sədri istefa məktubunu cıraraq” sənin bu səhvi öyrənməyin firmamıza 1,5 milyon $ a başa gəldi. Xahiş edirik işinin başına qayıt. Səhv etdiyin o hadisədə sən 1,5 Milyon Dollarlıq dərs aldın. Bu səhvi bir daha təkrarlamaq qeyri-mümkün görünməkdədir, amma sənin yerinə bir başqasını alsaq eyni səhvi təkrarlaya və 1,5 Milyon $ daha itirə bilərik .”

Arada dayanıb nəticələri nəzərdən keçirməkdə fayda vardır.  

Nəticələri qiymətləndirərək bir dərs çıxarmağımız lazımdır.Əks təqdirdə səhvin təkrarı ortaya çıxar. Xəta,səhv etmək yalnız bir təcrübədir və öyrədici olmalıdır. Nəticə -dəyərləndirməyimiz üçün mütləq özümüz üzərində olması gərək deyil. Başqalarının təcrübələrini də dəyərləndirə bilərik. Bir hadisədə ümidsizliyə qapılmaq yerinə həyat mənə nə demək istəyir deyə soruşmağımız lazımdır ….

Müvəffəqiyyət yolunda nələrə ehtiyacımız vardır.

Müvəffəqiyyətli olma yolunda hədəfimizə çatmağımız üçün əzm və səbrə ehtiyacımız vardır.Əzim hərəkəti məcbur etməkdir. Bir hadisənin səbəbini bilmək istəməkdir. Səbr isə romantik dayanıqlılıqdır,dözümlülükdür. Əzmdə əmək xərcləmə vardır. Hədəfimiz bir meyvə ağacını böyütməksə bunun üçün əvvəl əmək sərf edərik. Çuxuru açar, şitili qurar və onu sulayarıq. Bu bir əzm, lakin ağacın böyüməsini, meyvə verməsini gözləmək isə səbrdir. Hədəfimizə ancaq səbirlə nail olarıq. Bu nöqtədə səbrin əhəmiyyəti yenə ortaya çıxır. Bizlər qarşımıza çıxan mənfilikdən əl çəksək, səbrimızi inkişaf etdirmiş olarıq. Gecikmə qanunu hədəfinizə gedən yolda qarşınıza çıxacaq. Xatırlayaq müvəffəqiyyət imtina etmə nöqtəsindəki verdiyimiz müsbət qərardır.