Felimina Rotundo 100 yaşındadır. Yaşının və təqaüdə çıxmağın kefini çıxarmaq yerinə bir quru təmizləmə şirkətində həftədə 6 gün, gündə 11 saat işləyir. İşi səhər 6-da başlayır, axşam 7də bitir!



İş həyatına 15 yaşında atılan Felimina belə deyir: “Mən təqaüdə çıxmaqla razılaşmıram. 65 yaş təqaüdçü olmaq üçün çox tezdir. 65 yaşımda təqaüdçü olsaydım bu qədər il nə edəcəkdim? Dəli olardım hərhalda! İşləyirəm, çünki insanları sevirəm. Cəmiyyət içində olmaq istəyirəm.” Bu çalışqan qadın işləməyin onu gənc və gümrah saxladığını söyləyir və belə davam edir: “Qocalar evində məhz bu görə çox xəstə var. Edəcəkləri bir şey olmadığı üçün xəstələnirlər, hafizələrini itirirlər.”



Bazar ertəsidən şənbə gününə kimi işləyən Felimina, bazar günlərində itiylə gəzdiyini, televizora xəbərlər xaricində baxmadığını, daha çox qəzet oxuduğunu söyləyir. Ruhu gənc qəhrəmanımız yaşlılıq mövzusunda isə belə deyir: “Yaşlı insanları bir kənara atıb unudurlar. Məncə yaşlıların işləməyinə imkan verməlidirlər. Yaşlılar işə davam edib müstəqil olduqları zaman özlərini daha yaxşı hiss edirlər.”