Polşanın Bıdqoş şəhərində yerləşən kimsəsiz və xəstə heyvanlar üçün məntəqədə qeyri-adi pişik yaşayır. Bu pişik digər heyvanlara əməliyyatdan sonra özünə gəlməyə kömək edir.

    Radimenes adlı qara pişiyin özü məntəqəyə 2014-cü ildə ağır vəziyyətdə gətirilmişdir və onu hətta başqa heyvanlardan təcrid etmişdilər, lakin uzunmüddətli müalicədən sonra pişik özünə gəlmişdir. Pişik sağalıb özünə gələn kimi məntəqədəki başqa heyvanlara “dəstək olmağa”, “yardım etməyə” başladı.

    Məntəqədəki veterenarlardan biri söyləyir ki, məntəqəyə xəstə, yaralanmış heyvan gətirilən kimi Radimenes heyvanın yanına gedərək onu isindirməyə, “dəstəkləməyə” çalışır.

http://imageshack.com/a/img538/6748/LPyoUi.jpg

http://imageshack.com/a/img908/1857/mgQw5q.jpg

http://imageshack.com/a/img537/8742/6h8t2S.jpg

http://imageshack.com/a/img661/2614/mpvWcT.jpg

http://imageshack.com/a/img540/7070/4Y1MnZ.jpg