Planetimizin tarixi sirlər və müəmmalı hadisələrlə doludur. Tapılmış artefaktların bir çoxu hələ də alimlər tərəfindən öz həllini tapmayıb. Aşağıdakı siyahıda  sizin üçün topladığımız  ən maraqlı və müəmmalı artefaktlarla tanış ola bilərsiz.


Tomas Beyl Koloradoda qızıl axtarışında olarkən tapdığı xəzinəni şifrələyib. Bəzi faktlara əsasən o dəyərli nə isə tapıb və onu gizlədib, tapmacanın açarını və yerləşdiyi yeri isə  rəqəmlərlə dolu olan üç kağızda şifrələyib.


1900-cı ildə, Britaniya adalarının birində yerləşən mayakda çalışan bir qrup adam izsiz yoxa çıxmışdır.


Qədim Misirdə  bəzi  artefaktları yaratmağa kömək edə bilən yüksək texnologiyalar yox idi. Bəzi alimlərin fikrincə texnologiya qədim misirlilərlə kosmosdan verilib. Bunun başqa izahı ola bilməz.


Peruda yerləşən Nasko yaylanı yer üzündə ən sirli yerlərindən biri sayılır. Quş uçuşu yüksəkliyindən, mənşəyi məlum olmayan sirli rəsmlər görmək olar. Bu kiçik arxın eni 130 sm, dərinliyi isə 20 sm təşkil edir, kimlər və hansı məqsədlə bu rəsmləri yaradıb –  indiyə qədər də sirr olaraq qalır.


Nasko rəsmlərini xatırladan, Suriya və Səudiyyə Ərəbistanında rəsmləri anlaşılmayan sirli dairələrinin yaranmasınıda həmçinin alimlər və tədqiqatçılar hələlik izah edə bilmirlər.


Abidos heroqliflərində tank və təyyarəyə bənzər rəsmlərin aşkar olunması dünyanın bir çox alimini heyrətə salmışdır. Bəzi misirşünaslar bu rəsmlərin təsadüf olduğunu qeyd etsədə, amma yenədə bu fakt  qalır. Misir sakinləri tankların, helikopterlərin və təyyarələrin yaranması barədə haradan öyrənə bilərlər?


Bir çinli kolleksiyoner 2001-ci ildə, 1418-ci ildə Çində yaranmış qədim xəritəni əldə edir. Burada Şimali və Cənubi Amerikanın qəribə şəkildə təsviri aydın görünür. Kolumb isə Amerikani 74 ildən sonra kəşf edib.