Yerin cazibə qanunun kəşf edilməsinə təkan olan meyvə sağlamlıq üçün olduqca faydalıdır. Elmi araşdırmalar göstərmişdir ki, hər gün 1 alma yesəniz:

  • Yaddaşınız güclənəcək

Almanın qabığında güclü bir antioksidant mövcuddur. Kversetin kimi tanınan bu antioksidant beyin hüceyrərini qorumaqda C vitaminindən belə effektivdir. Yəni, hər gün bir alma ilə yaddaşınızı gücləndirəcək və nevroloji xəstəliklərin yaranmasının qarşısını almış olacaqsınız.

  • Xərçəngin qarşı alınacaq

Bəli, almanın tərkibində çox miqdarda olan flavonoidlər, xərçəngə səbəb olan azad radikalları deaktivləşdirir və döş, bağırsaq, qaraciyər xərçəngini önləyir.

  • Arteriyalar təmizlənəcək

Meyvənin tərkibində olan liflər, arteriyaları artıq xolesterindən təmizləyir və ürək-damar xəstəliklərinin yaranmasına əngəl olur.

  • Şəkərli diabetə tutlmaq riskiniz azalacaq

Tərkibində olan pektinin köməyi ilə alma orqanizmi ağır metallardan təmizləyir və şəkərin miqdarını tənzimləyir.

  • İnsult keçirmək təhlükəsi sıfıra bərabər olacaq

Wageningen Universitetinin apardığı araşdırmalar göstərmişdir ki, alma yeyən insanlar digər insanlardan fərqli olaraq instult keçirmə təhlükəsi ilə üz üzə qalmır.

  • Bağırsaqlar daha yaxşı işləyəcək

Alma ishal və qəbizlik problemlərini aradan qaldırır, babasil və diverkulitin qarşını alır, çünki hər bir alma dilimində 5 qram lif vardır.

  • Artıq çəkidən azad olacaqsınız

Almanın yağları yandırdığını iddia etmək tamamilə yalnış olar, lakin alma, bütün pəhrizlər üçün əvəzolunmazdır. Az kalorili olmasına baxmayaraq, alma uzun müddət tox saxlayır.

  • Yuxunun keyfiyyətini yaxşılaşacaq

Tərkibində fosfor olduğu üçün alma sakitləşdirici təsir göstərir və yuxusuzluqla mübarizə aparır.

  • Dişlərin sağlamlığı təmin olunur

Təbii diş fırçası sayılan alma ağız boşluğunu bakteriyalardan təmizləyir, kariyesin yaranmasını önləyir.

  • Sümüklər möhkəmlənir

Hər kəsə məlumdur ki, kalsium sümüklərin əsas ehtiyaclarından biridir. Alma isə kalsium ilə yanaşı, həm də minerallar ilə zəngindir.