Marie Rose Balter’in hekayəsi digər insanların hekayəsindən bir az fərqlidir. Onu fərqli edən, bir zamanlar xəstə olaraq qaldığı dəlixanaya idarəçi olaraq dönməsidir.

    Marie, 1930-ci ildə spirtli içkilərdən asılı olan bir ananın nigahdan kənar uşağı olaraq dünyaya gəlir. Anası ona baxa bilmədiyi üçün 5 yaşlı Marieni uşaq evinə verir. Ardından bir cütlük onu övladlığa götürür. Marienin taleyi təəssüf ki, yenə üzünə gülmür, çünki onu övladlığa götürən cütlük çox qəddar və sadist insanlar olur. Bu italyan əsilli cütlük balaca qızı evin zirzəmisində bağlayıb, ona işgəncələr verirlər. Kənardan baxıldığında normal və çox hörmətli göründükləri üçün, bunu illərcə rahatlıqla gizlədirlər və Marie həmin zamanlarda sanki cəhənnəmi yaşayır.

    Marie Rose 17 yaşında depressiyadan iflic keçirir. Qarabasmalar da gördüyü üçün həkimlər ona şizofreniya diaqnozu qoyur və onu dəlixanaya yerləşdirirlər. Marie həyatının 17 ilini orada keçirir və çox çətin illər yaşayır. Ümidsizlik və çarəsizlik içində qıvrılır.. Yemək yemir, yerindən tərpənmir və tez-tez intihar etməyi düşünür…

    Otuz dörd yaşına çatanda həkimlər Marienin vəziyyətini yenidən qiymətləndirir. Onun şizofreniyalı olmadığına, ağır depressiya keçirdiyinə qərar verirlər. Yoldaşlarının və özünü sevən bir neçə səhiyyə işçisinin köməyi ilə Marie xəstəxanadan çıxır.

    O artıq azad və həyatını necə davam etdirəcəyinə dair özü qərar vermə mərhələsində olan bir yetişkin idi. Tərk edilmiş, işgəncə və təcavüzə uğramış, otuzdört ili ziyan olmuş bir adam olaraq heç nə asan olmayacaqdı, amma o qorxmur və ümidsiz olmaq yerinə sıfırdan başlamağı seçim edir.

    Səlahiyyətlilər “Ağlı yerində deyil, oxuması mümkün olmayacaq.” dedikləri halda Marie, Salem State Universitetinin Psixiatriya fakültəsinə daxil olur və məzun olmağı bacarır. Həmin müddət ərzində xərçəng xəstəliyinə tutulur və mübarizəni qazanır. Özü kimi dəlixanadan yeni çıxmış və sağalmış Joe ilə evlənir. Əri təəssüf ki, altı il sonra ölür və Marie özünü işinə həsr edir. Uzun illər həkim olaraq çalışdıqdan sonra Harvard Universitetində magistr təhsili alır. Psixiatrik xəstələrlə çalışır, konfranslar verir. Bioqrafiyası yazılır və həyatı filmə çəkilir (Nobody’s Child). Bir çox mükafata layiq görülür.

    Əlli səkkiz yaşındaykən isə, insanları təəccübləndirəcək bir şey edir: On yeddi ilini keçirdiyi Masachusetts Danver Dövlət xəstəxanasına idarəçi olaraq təyin olunur və vəzifəsini layiqincə yerinə yetirir. Verdiyi bir mətbuat konfransında bunları söyləyir: “Əgər bağışlamağı öyrənməsəydim, bir damla belə inkişaf edə bilməzdim. Həyatım ziyan edilmiş bir həyat olardı. Və bu gün bu xəstəxanaya idarəçi olaraq dönə bilməzdim. “


    Həqiqətən ən uzun yol, beynimizdən ürəyimizə qədər olan yoldur. Bağışlamaq bu yolun ən qısa yoludur. Bağışlamağı tələb edən hər yara, içində bizim üçün əhəmiyyətli bir dərsi gizlədir. Dərsi görə bilmək üçün yaranı yenidən deşərək üzləşmək məcburiyyətində qalsaq belə… Marie bu həyatda heç bir şeyin qeyri-mümkün olmadığını göstərən ən gözəl nümunələrdir biridir.