– Hesablanmışdır ki,b.e.ə. 3500 ildən üzübəri (yəni son 5500 il ərzində) insanlar yalnız 292 il müharibəsiz yaşamışlar.

– 1911-ci ildə İngiltərə ərazisində arxeoloqlar tərəfindən tapılmış sınmış ağac nizənin 200 min ilə yaxın yaşı vardır.O,görünür, hücum silahlarının ən qədim nümunələrindən biridir.

– Ən uzun müharibə İngiltərə ilə Fransa arasında sürmüş Yüzillik müharibədir.O,115 il 1337-1452-cü ilədək davam etmişdir. Rusiyanın nə vaxtsa apardığı müharibələrdən ən sürəklisi Qafqaz müharibəsi olmuşdur.Məqsədi Dağlıq Dağıstanı,Çeçenistanı və Şimal-Qərbi Qafqazı ilhaq etmək olan bu müharibə yarım əsrdən bir qədər az 1817-1864-cü ilədək davam etmişdir.

– Böyük Britaniya və Zanzibar(hal hazırda Tanzaniyanın bir hissəsi) arasında müharibə 1896-cı ildə başlamış və cəmi 38 dəqiqə davam etmişdir.Həmin gün admiral Rousonun komandalığı altında olan ingilis hərbi donanması yalançı-sultan Səid Xalidə ültümatum təqdim etdi.Ültümatum dənizdən qısa bombardmandam sonra qəbul olundu və bundan sonra müharibə başa çatdı.

– Dövrümüzün nəhəng vuruşması 1916-cı il martın 31-də baş vermiş Yutland döyüşüdür. Bu döyüşdə 151 Britaniya gəmisi 101 alman hərbi gəmisinə qarşı vuruşurdu.İngilislər orad 14 gəmi və 6097 adam itirmişlər.Almanların itkisi isə 11 gəmi və 2545 adam olmuşdur.

– Sovet İttifaqı dövründə dünyada ən çox sualtı qayıqlara malik olmuşdur-375.Onlardan 127-si atom sualtı qayıqlarıdır. ABŞ 80-cı illərin sonunda 92 atom sualtı qayığına malik idi.

– Ən çox Silahlı Qüvvələr SSRİ-yə məxsus olmuşdur.1989-cu ildə onun sayı 4.258.000 nəfər idi.Həmin dövrdə Çin ordusunun sayı 3.200.000, ABŞ ordusunun sayı 2.138.000, Böyük Britaniya ordusunun sayı 318.000 nəfər idi.

— Qadın-təyyarəçilər arasında vurulan təyyarələrin sayına görə rekord sovet təyyarəçisi Lidiya Litvaka məxsusdur. O,1941-43-cü illər ərzində 12 faşist təyyarəsi vurmuşdur. Lidiya Litvak 1 avqust 1943-cü ildə hava döyüşündə həlak olmuşdur.

— II Dünya Müharibəsində vurulan təyyarələrin sayına görə rekord(352 təyyarə)alman təyyarəçisi Erix Hartmana məxsusdur. Sovet ası İvan Kojedub-62,ingilis pilotu,kral HHQ-nin polkovniki Edqar Conson -38 təyyarə vurublar. Bir uçuş zamanı ən çox müvəffəqiyyət alman təyyarəçisi Erix Rudofferə məxsusdur. O,6 noyabr 1943-cü ildə 17 dəqiqəyə 13 rəqib təyyarəsi vurub.

— II Dünya müharibəsi zamanı alman donanmasının kapitan-leytenantı Lotar fon Arnold de la Peryer alman «U-35» və «U-139» sualtı qayıqlarına komandanlıq edərək 195 müttəfiq gəmilərini batırmışdır. O,bir yürüş zamanı 54 sualtı qayığı suyun dibinə oturtmuşdur.

– İkinci Dünya müharibəsi dövründə (1939-1945-ci illərdə) insan itkilərinin sayı təqribən 55 mln olmuşdur.Onlardan 25 mln Sovet İttifaqının vətəndaşları, 9,7 mln isə almanlar isilər. Sovet İttifaqı 1945-ci ildə Yaponiyaya qarşı kompaniyada 8.668.400 adam itirmişdir. Yaralananlar,kontuziya alanlar və donanların sayı 18 mln adam təşkil etmişdir.

– Çində kəndlilərin, Min cənub sülaləsinin tərəfdaşlarının mancurların dövlət qoşunlarına qarşı vuruşduğu Taypinlər üsyanı(1851-1864) 20 mln-a yaxın insanın ölümünə gətirib çıxartdı. Üsyana özünü İisus Xristosun(İsa peyğəmbərin)qardaşı adlandıran ağılsız Xun Sutsuan başçılıq edirdi.Onun ordusu “Taypin tyanqo” adlanırdı və tərcümədə “Səmavi rifah dövləti” mənasını verir.

– Bəlli olan mühasirələrdən ən uzunmüddətlisi,qədim dünyanın tarixçisi Herodotun verdiyi məlumata görə,Misir hakimi I Psammetikin İsraildə İsdudun mühasirəsi olub. O.b.e.ə 664-cü ildən başlayaraq 29 il davam etmişdir.

— SSRİ-də ən çox mükafat alan L.İ.Brejnev almışdır.Onun Sovet İttifaqı marşalı mundirində 4 Sovet İttifaqı və 1 Sosialist Əməyi Qəhramanı ulduzu, «Pobeda»ali hərbi ordeni,8 Lenin,2 Oktyabr İnqilabı,2 Qırmızı Bayraq,Boqdan Xmelnitski,I dərəcəli Vətən müharibəsi,Qırmızı ulduz ordenləri,SSRİ-nin 18 medalı, brilyantla bəzədilmiş 2 marşal ulduzu,xarici ölkələrin 42 orden və 29 medalı parıldayırdı.

— Amerika generalı Duqlas Makartur ABŞ-da ən çox orden daşıyan şəxs tituluna iddialı olan əsas namizəddir.O,58 mükafata,o cümlədən 16 «dəfnə yarpağı» fərqlənmə nişanına layiq görülmüşdür.Bundan əlavə Mkartur hərbi kompaniyalarda iştirakına görə 18 ulduz almışdır.O,İkinci Cahan savaşı zamanı Şərəf ordeni ilə təltif edilmişdir.

– ABŞ və Böyük Britaniyanın rəsmi rəylərinə əsasən,SSRİ-nin hərbi xərcləri 80-cı illərin sonunda ümumi milli məhsulun 13%-dən 17%-nə qədər təşkil edirdi. Bu o demək idi ki, hərbi xərcləri 6% təşkil edən ABŞdan 3 dəfə çox idi.

– Ekvatorial Qvineyasının prezidenti Fransisko Masias Hqumena 1976-cı ildə 7-dən 14 yaşınadək bütün oğlanlar üçün hərbi mükəlləfiyyət tətbiq etmək haqqında qərar vermişdir.Qərarda deyilirdi ki, öz oğlunu orduya verməkdən imtina edən hər bir valideyn “həbsxanaya atılacaqdır və ya güllələnəcəkdir”.

– Ən ağır adi bomba-“Qrand sxem” 14 mart 1945-ci ildə Britaniya HHQ tərəfindən tətbiq edilmişdir. Onun çəkisi 9975 kq,uzunluğu 8 m idi.Bu nəhəng bomba ingilislər tərəfindən Almaniyadakı Bilefild dəmiruolu körpüsünə atılmışdır. 1949-cu ildə amerikalılar çəkisi 19.000 kq-dan çox olan adi bombanı sıradan çıxartmışlar