Həyatda xoşbəxt olmağımıza mane olan bir çox səbəb var. Bu səbəblər maddi durum və ümumi rifah halı ilə bağlı olmayan səbəblərdir. Hansıki insana həyatdan zövq almağa imkan vermir, yaşadığı dövrü yox, keçmişlə və gələcəkdə yaşamağa sövq edir və hətta bəzən əzab verir.

    Arzulanan sərbəstlik və rahatlığa qovuşmaq üçün həmin səbəbləri nəzərdən keçirdib, onlardan qurtulmağı məsləhət görürük:

    1. Hər zaman özünüzün haqlı olduğunuzu sübut etməyə çalışmayın. Aramızda elə insanlar var ki, onlar gözəl münasibətlərin dağılmasından, yaxınlarına və tanışlarına ağrı və stress yaşatmaqdan qorxmayıb öz mövqeyindən kənara çıxmırlar. Bunun başqa adı-yersiz inadkarlıqdır və bu xüsusiyyət yuxarıda sadalanan həyat dəyərlərinin heç birinə dəyməz!

    2. Hər şeyə və hər kəsə nəzarət etməyi geridə qoyun. Daimi nəzarət hadisələrin gedişatına mənfi təsir göstərə bilər. Düşəcəyiniz vəziyyəti, sizi əhatə edən hadisələri və ən önəmlisi insanları olduğu kimi qəbul edin.

    3. Daimi günahkarlıq hissini buraxın. Keçirtdiyiniz hisslərə, malik olub-olmadığınız şeylərə görə başqalarını günahlandırmayın. Mənfi enerjinizi başqa insanlara ötürməyin və hər zaman xatırlayın ki, həyatınız ancaq sizin öz əlinizdədir, həyatınıza ən böyük təsiri özünüz vurursunuz.

    4. Özünüzlə apardığınız neqativ söhbətlərə son qoyun. Bir çoxları neqativ fikir və emosiyalarını onların həyatlarını idarə etməyə imkan verərək özlərinə böyük ziyan vururlar. Rasional və məntiqi təfəkkürümüz hərdən çox qəddar tənqidçi olur.Buna görə də ona həmişə etibar etmək olmaz.

    5. Daima şikayətlənmək kimi vərdişdən qurtulun. İnsanın daima müxtəlif səbəblərə (insanlara, şəraitə, hadisələrə və s.) görə şikayət etməsi ona kədər, əzginlik və “yalançı“ bədbəxtlik hissini gətirir.

    6. Tənqiddən imtina edin. Sizdən yaxşı və ya pis olan insanları tənqid etməyin. Bütün insanlar fərqlidirlər və hər bir insanın özünəməxsus müsbət və mənfi keyfiyyətləri var.

    7. Özünüz haqda başqalarında təəssürat oyatma ehtiyacından qurtulun. Bir pis vərdiş sizin daima özünüzü qeyri-səmimi aparmağınıza səbəb olacaq. Özünüzü olduğunuz kimi sevin və hörmət edin.

    8. Dəyişiklikləri qəbul etməyə vərdiş edin. Müəyyən dovrlərdə həyatımızda dəyişikliklər olur və bu normal haldır. Həyat monoton düz xətdən ibarət deyil və dəyişikliklər həyatın spesifik xüsusiyyətidir.

    9. Keçmişi keçmişdə buraxın. Düzdür bu çətindir, ələxsus keçmiş yaşadığınız dövrdən yaxşı olanda, lakin unutmaq lazım deyil ki, siz ancaq hal-hazırda yaşadığınız anlara hakimsiniz.

  10. Qorxulardan xilas olun. Qorxu mövcud deyil, o, sadəcə illüziyadır. Qorxu təfəkkürün məhsuludur. Qorxuya, qorxduğunuz şeylərə daxili münasibəti dəyişin və hər şeyin öz yoluna düşdüyünə tezliklə şahid olacaqsınız.