Uğursuzluğun ən böyük səbəbi-səbirsizlikdir. Arzuolunan məqsədlərə, istəklərə tez bir zamanda nail olmaq reallıqdan kənardır. Reallıq uğurun vaxt tələb etməsidir. Böyük uğurlara daha böyük vaxt sərf edilir.

    Riçard Brenson bir gecəyə millione, Madonna 1 həftəyə pop-kraliça, Devid Bekhem isə bir neçə məşqə super futbolçu olmayıb.

    Səbirsizlik və tənbəlliyin qarşısını alan bir üsul var. Həmin üsul “30 dəqiqə nəzəriyyəsi” adlanır. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, o, hər kəsə uyğundur və istənilən iş qrafikinə əlavə etmək olar.

    “30 dəqiqə nəzəriyyəsi” –nin metodikası hər hansı bir fəaliyyəti hər  gün 30 dəqiqə olmaqla başlamaq və zamanla onu təkmilləşdirməkdən ibarətdir.

    Bu üsulla yeni bir xarici dili öyrənə, çoxdan arzuladığınız bir kitabı oxuyub başa çatdıra və ya uzun zamandır planlaşdırdığınız fitneslə məşğul ola bilərsiniz.

    Əslində sizə inandırıcı gəlməyə bilər hər hansısa bir işi yarım saata ərsəyə gətirmək, amma nəzərə alın hər şey asandan çətinə doğru zaman və əməyin vəhdəti əsasında ərsəyə gəlir. Bir işi və ya fəaliyyəti “30 dəqiqə nəzəriyyəsi” ilə başlamaq mütləq onu sona çatdıracaq, çünki bunun üçün hər gün zaman ayırmaq sizin gözünüzdə böyük görsənməyəcək və siz bu işdən qaçmayacaqsınız.

    Bu üsulu bu gündən etibarən istifadə etməyə başlayın. Yarım ildən sonra əldə olunan nəticə sizi sevindərəcək.