Verilən suallara düzgün cavab verməklə yanaşı, düzgün suallar verməyi də bacarmalıyıq. Həyatınızın daha produktiv və xoşbəxt olmasını istəyirsinizsə, bu sualları hər ay özünüzə ünvanlayın və cavab verərəkən dürüst olun.

Həyatınızın ahəngi ilə bağlı suallar:

  1. Mən xoşbəxtəm?
  2. Mən minnətdaram?
  3. Mən işimi sevirəm?
  4. Təhsilimə yetərincə vaxt ayırırammı?

Xoşbəxtlik minnətdarlıq hissi, özgüvən və sevdiyiniz iş olmadan gəlmir. Bu suallardan hər hansına yox cavabı vermisinizsə, mütləq dəyişməyə çalışın.

İşinizlə bağlı suallar:

  1. Yeni bir şeylər öyrənir və inkişaf edirəm?
  2. Məqsədlərimə doğru irəliləyə bilirəm?
  3. Mənim işim cəmiyyət üçün faydalıdır?

Produktivliklə bağlı suallar:

  1. Birinci öhdəliyim hansıdır?
  2. Məqsədimə daha tez çatmaq üçün nə etməliyəm?
  3. Gördüyüm hansı işlər vaxt itkisi sayılır?