Həmişə eyni saytlara baxmaqda sıxılmısınızsa sizə internetdə kəşf ediləcək daha çox vebsaytın olduğunu xatırlatmaqla işə başlayaq 🙂 Bəzən təsadüfən qarşılaşdığımız, sosial şəbəkələrdə dostlarımızın paylaşdığı saytlarla internet həyatımıza rəng qata bilirik, ancaq bunların çox azının həyatımıza bir fayda gətirdiyini, iki gün sonra o saytın adını belə xatırlamadığımızın fərqindəyik. 

Biz də gündəlik həyatınıza rəng gətirəcək, sizə fərqli dünyaların qapısını aralayacaq, təqdim etdiyi faydalarla həyatınızı asanlaşdıracaq əhəmiyyətli, amma çox bilinməyən, hələ dəyəri anlaşılmayan vebsaytları bir araya gətirərək gününüzü gözəlləşdirmək istədik.



squirt.io: Web üzərindəki bütün məzmunu sürətli bir şəkildə tək səfərdə oxuyun.


shouldiremoveit.com: Kompüterinizdən silinməli tətbiqləri müəyyənləşdirin.


avoidhumans.com: İzdihamı sevən biri deyilsinizsə, çox insanın olmadığı məkan və yerləri tapın.


keybr.com: “Touch screen”lərdə yazma qabiliyyətinizi inkişaf etdirin.


oldversion.com: Hal hazırda ya da əvvəllər sevərək istifadə etdiyiniz proqramların köhnə versiyalarını tapın.


deadmansswitch.net: Öldüyünüz zaman göndərilməsini istədiyiniz e-poçt hazırlayın.


printwhatyoulike.com: Səhifələrin yalnız istədiyiniz hissələrini çap edin.


privnote.com: Snapchat modelini sevənlərdənsinizsə oxunduqdan sonra öz özünü sülən mesajlar yaradın və istədiyiniz şəxslərə göndərin.


couchsurfing.org: Dünyada 1000-dən çox şəhərdə könüllü ev sahiblərini seçin və onların qonaq otaqlarının sakini olun.


recipepuppy.com: Yalnız evdəki ərzaqlarınızla hazırlaya biləcəyiniz yeməklərin reseptlərini öyrənin.


join.me: Hər hansı bir insanın kompüter ekranına qonaq olun.


seatguru.com: Uçuşunuzdakı ən yaxşı yerlərin hansı olduğunu öyrənin.


unlistmy.info: Hansı web saytların sizin haqqınızda məlumatlar ehtiva etdiyini müəyyənləşdirin.


manualslib.com: Müxtəlif məhsulların istifadə kitabçalarına pdf olaraq daxil olun.


eatthismuch.com: Bəslənmə hədəflərinizə uyğun ərzaqları müəyyənləşdirin.


keepmeout.com: Zamanınızı gərəyindən çox sərf etdiyiniz saytlardan özünüzü uzaq tutun.


pipl.com: Google unudun və yalnız insanları tapmaq üçün bunu istifadə edin.


roadtrippers.com: Əgər bir yol macərasına atılmağı planlaşdırırsınızsa, ən sərfəli marşrutu və yaşayış variantlarını öyrənin.