Halloween nədir?

İrlandiya və Şotlandiyanın adət ənənələrinə uyğun Böyük Britaniyada başlamış bir bayramdır. Adətən İngilis dilli ölkələrə xasdır

Çox zaman əsəs simvol kimi içi ovulmuş şamlı balqabaq göstərilir, həyət evlərini Halloween-də payız rənglərinə uyğun boyamaq adət halını alıb

Halloween kostyumu ilk dəfə 1985-ci ildə Şotlandiyada qeydə alınıb. Araşdırmalara görə ABŞ-da Halloween-i qeyd edənlərin yarıdan çoxu Halloween paltarına 38 dollardan artıq pul xərcləməyi lazım bilmirlər.

Məşhur “Trick or Threat” oyununa görə uşaqlar qapı-qapı gəzib ev sahibindən şirniyyatlar istəyirlər. Halloween zamanı evlər bayram süfrəsi ilə dolu olur

İngilis kilsələri bayramın Müqəddəslər günü ilə bəzi uyğunlugu oldugundan kecirilməsini dəstəkləyirlər. Ümümiyyətlə Halloween Xristianlara aid bir bayramdır, ancaq buna baxmayaraq bir çox Xristian din mənsubları qəti olaraq bu bayramın keçirilməsinə qarşı çıxırlar, buna misal kimi Rus Provaslav kilsəsini deyə bilərik

Bu ümümilikdə bir qısa məlumat idi, qısa olaraq da özümüzə aid də bir iki kəlmə demək istərdim

Azərbaycanın Halloween bayramını qeyd edən, böyük çoxluğun getdiyi fan page-in event-ində belə bir elan vermişdilər

event facebook azerbaijan

Qabağıma çıxan bir çox statusda yazılmışdı: Bütün müsəlmanların Halloween bayramını təbrik edirəm

Bayramın bizə heç bir aidiyyatı yoxdur! , baxmayaraq ki, bizim camaat böyük canfəşanlıqla 1 ay qabaqdan hazırlıq işləri görür.

xaricde ve bizde

Çox zaman düzəlməkdən danışırıq, başa düşmürük ki artıq batırıq

Heyf sizdən köhnə kişilər…

Sonda bilmirəm təsadüfən və ya bilə-bilə amma wikipedia-da Halloween haqqında Azərbaycan yazısında bu yazı ilə qarşılaşdıq

wikipedia

Bəlkə də həqiqətən balqabağıq 

Söhbətin sonunu Cəlil Məmmədquluzadənin bir fikri ilə tamamlamaq istəyirəm : “Azərbaycan qadını çarşafdan çıxıb başını açanda, müasirləşdi deyə sevincimdən papağımı çıxarıb göyə tulladım. O gün bu gündür papağımı tapa bilmirəm…”

İmza: boş-boş danışan köhnə Azərbaycanlı

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "‘Halloween’ – Azərbaycanın müasir M..." A few seconds ago