Bir çox ana namizədləri hamilə qalınca özünə bəzi məhdudiyyətlər qoyur.

Şəhər əfsanələrində ən çox rast gəlinən mövzulardan biri hamiləlikdir. Bir çox ana namizədləri hamilə qalınca özünə bəzi məhdudiyyətlər qoyur. Bu məhdudlaşdırmaların bəzilərinin heç bir elmi dayağı yoxdur.

Hamilə xanımlar saçlarını boyaya bilməzlər
Körpə gözləyərkən saç boyamanın zərərli olduğuna dair hər hansı bir elmi sübut yoxdur.

Hamilə xanımlar təhlükəsizlik qapılarından keçməməlidir
Təhlükəsizlik qapılarında metal detektorları vardır. Hər hansı bir rentgen söhbət gedə bilməz. Bu səbəblə təhlükəsizlik qapılarından keçmənin qorxusu yoxdur.

Hamiləlikdə səfər etmək təhlükəlidir
Hamilə xanımların son dörd həftəyə qədər avtomobil istifadə etmələrinin heç bir qorxusu yoxdur. Sadəcə olaraq təhlükəsizlik kəmərlərinin mütləq bağlı olması lazımdır.

Hava yolu ilə səyahət etmək istəyən xanımların hamiləliyin 26-cı həftəsindən sonra belə səyahətin təhlükəli olmadığına dair həkim arayışı alması lazımdır. Təyyarə səfərinin üç saatdan daha qısa olduğu hallarda və hamiləliklə əlaqədar hər hansı bir risk faktoru olmadıqda səfər əsnasında hərəkət, bol maye qəbul edilməsi və baldır məşqləri kifayətdir. Daha uzun səfərlərdə bunlara əlavə olaraq varis corabı geyilməsi lazımdır.

Dəniz yolu ilə səyahət etmək istəyən hamilələrdə xüsusilə ilk üç ay ərzində ürəyi bulanma və qusmalar arta bilər. Digər hallarda dəniz yolu ilə səyahət etmək təhlükəli deyil.

Hamilə xanım həm özü, həm də körpəsi üçün qidalanmalıdır
Hamiləlikdə qidalanma qaydaları hamilə olmayan qadınlardakı sağlam bəslənmə kimidir. Körpənin inkişafı üçün lazım olan üç əsas quruluş daşının balanslı olaraq alınması vacibdir. Bunlar zülal, kalsium və vitamin-mineral qruplarıdır. Vegetarianların hamiləlik zamanı qidalanması da tamamilə normaldır. Qırmızı ət yeyilməsi şərt deyil. Toyuq və balıq, qırmızı ətin yerini əvəz edə bilər. Balıq həftədə iki dəfə yeyilə bilər. Dənizdə uzun müddət yaşayan və ətlərində bəzi ağır metalları yığan böyük balıqlar tez-tez yeyilməməlidir. Körpənin sümük inkişafı üçün Kalsium qaynağı olaraq süd və süd məhsullarının kafi miqdarda qəbul edilməsi lazımdır. Bir çox hamiləliklərdə bu miqdar arta bilər. Hamiləlik əsnasında gündə 1-2 stəkan açıq çay, 1 stəkan qəhvə və 1 stəkan kola içilə bilər. Yığıncaqlarda az miqdarda spirt alınmasının körpəyə hər hansı bir zərəri yoxdur. Bişmiş şirniyyat yeməyin zərəri yoxdur. Çiy və az bişmiş ətdən istifadə edilməməsi məsləhət görülür.

Mobil telefonlar, kompüter və mikrodalğalı sobalardan istifadə etmək zərərlidir
Hamiləlik müddətində cib telefonu ilə danışmaq, kompüter və ya mikrodalğalı soba istifadə etmək təhlükəli deyil. Keçən il iş zamanı cib telefonunu həddindən artıq istifadə edən hamilə qadınların uşaqlarında sonrakı yaşlarda davranış pozğunluqlarına daha çox rast gəlindiyini göstərən bir araşdırma yayımlanmışdır. Bu araşdırmaya əsaslanaraq hamiləlik əsnasında cib telefonlarından həddindən artıq istifadə etməmək və ya qulaqcıqla istifadə etmək doğru bir mövqe olar.

Hamilə xanımlar idman edə bilərlərmi?
İdman etməyin hamiləliyə mənfi olaraq təsir etdiyinə dair hər hansı bir sübut yoxdur. Riskli hamiləlik (qanama, erkən doğum, əkiz hamiləlik, yüksək təzyiq, ürək xəstəliyi və s.) olmadığı təqdirdə idmana davam edilə bilər. Yer hərəkətləri, yüngül ağırlıq işləri, üzmə, tennis kimi idman növlərilə məşğul ola bilər, velosipeddən və bu kimi yüngül vasitələtdən istifadə etmək olar.