Müasir elmin uğurlarına baxmayaraq, hələdə ətrafımızda bir çox gülməli və ağla sığmaz miflər yaşamağa davam edir. Bu məqalədə biz sizə onların bəziləri haqqında məlumat verəcik.


    Mif: Günəş sarı rəngdədir

    Faktiki olaraq hər bir insan Günəşin hansı rəngdə olduğu sualına onun sarı rəngdə olduğunu deyəcək, amma əslində bu heç də belə deyil. Günəş bizə onun işiqlarının planetimizin atmosferindən keçdiyi üçün sarı rəngdə görsənir. Əslində isə o ağ rəngdədir.


    Mif: Saxara ən böyük səhradır

    Biz həmişə səhra dedikdə çoxlu qum və isti bir yer təssəvür edirik, amma əslində isə düz səthi olan, pərakəndəlikdən və xüsusi flora və faunası olmaması ilə xarakterizə olunan yerə səhra deyilir. Bu baxımdan isə ən böyük səhra Saxara deyil, sonsuz buz alanları olan Antarktida hesab olunur.


    Mif: Mobil telefon peyklər vasitəsi ilə işləyir

    Bu mif medianın növbəti “rabitə peykinin” buraxılması haqqında xəbərlərdən əmələ gəlmişdir, ancaq bu peyklərin mobil əlaqəyə heç bir aidiyyatı yoxdur. Əslində sizin telefonunuzdan siqnal bir baza stansiyasından digərinə  zəncirvari formada ötürülür. Hətta siz digər qitə ilə əlaqə qursaz belə bu kosmosdan deyil, sualtı kabellər vasitəsi ilə mümkün olur.


    Mif: Böyük Çin səddi – kosmosdan görünə bilən yeganə süni obyektdir.

    Bu mif hələ XVIII əsrdə yaranmış və o qədər qalıcı olmuşdur ki, bəzi coğrafiya və tarix müəllimləri tərəfindən hələ də səslənir, ancaq sözsüz  bu gün sübut olunmuşdur ki, Böyük Çin səddini nəinki Aydan, heç orbitdən də xüsusi optik cihazları istifadə etmədən görmək mümkün deyil. Bu onunla izah olunur ki, sədd elə də enli deyil (maksimum 9,1 metr) və təxminən yerləşdiyi yerlə eyni rəngdədir.


    Mif: İldırım bir də heçvaxt düşdüyü yerə düşmür

    Düşür. Özüdə əgər bu yer hündürdə yerləşirsə. Məsələn, New-Yorkda yerləşən Empire State Building göydələninə ildə 100 dəfəyə yaxın ildırım düşür.


    Mif: Yer kürəsi dairə formasındadır.

    Əslində isə Yer kürəsi ideal dairə formasına sahib deyil. Günlük fırlanmasına görə qütbləri yastı formasındadır. Bundan əlavə qeyd etmək lazımdır ki, qitələrin hündürlüyü müxtəlifdir, yerüstü formanı həmçinin gelgitli deformasiyalar təhrif edir.


    Mif: Everest dünyanın ən hündür dağıdır

    Bu nəinki mif, həmçinin heç də dəqiq məlumat deyil. İş orasındadır ki, Everesti dünyanın ən hündür dağı hesab etmək olar, ancaq dəniz səviyyəsindən hesablasaq. Ancaq dağın aşağısından hesablasaq onda ən hündür dağ, böyük bir hissəsi suyun altında qalan Mauna-Kea (10 203m ) dağı olacaq. Yerin mərkəzində hesab etsək, onda bir dənə daha “ən hündür dağ” yaranacaq – Çimboraso.


    Mif: Su elektrik keçirir

    Hamımız bilirik ki, elektrik cihazları və su bir-birlərinə ziddirlər, ancaq su özü elə izolyatordur. Onun tərkibindəki maddələr həmişə ona suyu keçirməsinə icazə verir.


Bəs sizin səhv olduğunu bildiyiniz doğrularınız var?