Qoç bürcü  İntim münasibətlərdə qoçlar aqressiv olmur və təzyiq göstərmir. Hətta sizin üstünlüyünüzü də qəbul edə bilər. Siz ona qayğı göstərib yaxınlıq etməyə davam edin. Onu ərköyünləşdirməkdən əsla vaz keçməyin. Bu ərköyünlüklər onların üzərində güclü təsir yaradır. 

Buğa bürcü  Ağıllı adamlardan və hədiyyələrdən xoşlanırlar. Buğalarla sakit və yavaş etməlisiniz. Onlar üçün ən önəmli şey sakitlikdir. Buna görə də onunla sakit davranaraq başdan çıxarın.

Əkizlər bürcü  Əkizlərin yatağına gedən yol ağıldan keçir. Onlara yaxşı təsir etmək üçün ağlınızdan istifadə etməlisiniz. Onun xobbiləri haqqında öyrənib təccübləndirmək olar. sözləriniz və ağlınız onu başdan çıxarmalıdır. 

Xərçəng bürcü  Duyğusallığın baş tacı xərçəng bürcləridir. Xərçəng olduğu üçün cinsəllikdə də sakitliyə önəm verirlər. Duyğusuz edilən hər bir hərəkət onlar üçün təhqir və incidicidir. Buna görə kobud davranmayın. Gözəl sözlər və həzin baxışlar, onu başdan çıxarmağa yetərli olacaq. 

Şir bürcü Şirləri başdan çıxarmaq üçün onlara ehtiyacı olan elektriki vermək lazımdır. Gözəl və səliqəli geyimlə onun diqqətini çəkmək olar. Şirin dil ilanı da yuvasından çıxara bilər.

Qız bürcü Təmizlik, təmizlik, təmizlik! Qızların ürəyini ələ keçirməyin ən yaxşı yolu səliqəyə riayət etməkdir. Necə geyindiyiniz, gözəl qoxduğunuz və əşyalarınızın təmizliyi onlar üçün əhəmiyyətlidir. Təmizliklə bağlı hər şey onlar üçün önəmldiir. Gözəl qoxular və təmiz yataqlar onların qəlbinin açarıdır. 

Tərəzi bürcü  Güzəşt və balans. Tərəziləri başdan çıxarmağın ən yaxşı yolu hər şeyin gözəllik içərisində olmasıdır. Gözəl geyinib şən əhval-ruhiyyə ilə tərəziləri cəlb etmək olar. Dadlı yeməklər və bahalı içkilər isə onu göylərə qaldıra bilər. Çətin olsa da, bunları etməyə dəyər.

Əqrəb bürcü  Əqrəblərlə səmimi və mümkün qədər mehriban davranmaq lazımdır. Onlar üçün əsas vücud dilinin necə olması da əhəmiyyətlidir. Onu necə başdan çıxarmağın ip ucu isə yaxından tanıyaraq sirli və gizli məqamları tapıb ələ keçirməkdir.

Oxatan bürcü Yüksək yumor hissi və ağlınızla düşündüyüz hər şey oxatanlar üçün əvəzolunmaz olacaq. Oxatanlar üçün həyat tək bir otaqda sıxışıb qalmaq deyil. Gəzintilər və səyahətlər onları həyəcanlandıra bilər. 

Oğlaq bürcü  Ciddi oğlaqlar cinsəllikdə də sakitliyi sevir. Onları başdan çıxarmaq üçün komplementlər deyin. 

Dolça bürcü  Yenilikçi və məcarapərəst olurlar. Buna görə də onu başdan çıxarmaq üçün yeniliklər tapmalı və fərqli şeylər düşünməlisiniz. Dolçalar hər cür yeniliyə və orijinallığa hazır olur. 

Balıq bürcü Xəyalpərəst və fantastik balıqlar üçün edə biləcəyiniz ən yaxşı şey yaşadıqları dünyadan qopara biləcək qabiliyyətə və duyğulara sahib ola bilməkdir. Onları yaşadıqları gündəlik həyatdan qoparıb bambaşqa duyğular yaşada bilirsinizsə, onları dünyanın ən xoşbəxt insanı edirsiniz.