Dünyanın ən yaxşı universitetlərindən biri olaraq göstərilən Harvard Universiteti, Hüquq Fakültəsi Kitabxanasının girişinə Quranı Kərimdən bir ayə asdı.

Ədalət anlayışını ən yaxşı izah edən ifadələrin bir araya gətirildiyi ‘Ədalət sözləri”(Words of Justice) adlı sərgi çərçivəsində, Nisa surəsinin 135. ayəsinə də yer verildi. 

İnsanları, nəticələri nə olursa olsun ədalətli olmağa çağıran Nisa Surəsinin 135. ayəsində tərcümə olaraq belə deyilir:
“Ey iman gətirənlər! Haktan yana olub var gücünüzlə və bütün işlərinizdə ədaləti reallaşdırın. Allah üçün şahidlik edən insanlar olun. Bu hökmünüz və şahidliyiniz istəsə şəxsən özünüz, ananız, atanız və yaxın qohumlarınız əleyhinə olsun. İstəsə onlar zəngin və ya kasıb olsun, çünki Allah hər ikisinə də sizdən daha yaxındır. Onun üçün, əsla ürəyinizə arzusuna uyğun gələrək ədalətdən ayrılmayın. Əgər dilinizi əyib bükərək həqiqəti olduğu kimi söyləməkdən çəkinir və ya tamamilə şahidlikdən etməkdən qaçsanız, yaxşı bilin ki, Allah bütün etdiklərinizdən xəbərdardır.”