“Nə üçün güzgüdə özümü gözəl/yaraşıqlı görərkən fotoşəkillərdə çox çirkin görünürəm?” deyənlərdənsinizmi? Ailənizdəki, hətta dünyadakı ən fotogenik olmayan insan olduğunuzumu düşünürsünüz?

    Tək deyilsiniz, insanların bəlkə yüzdə 90’nı fotoşəkillərdə pis göründüyünə inanır. Bunun çox sadə bir səbəbi var: GÜZGÜLӘR! Özünüzü güzgüdə görməklə qarşıdan görmək arasında belə bir fərq var: Biri digərinin əksi olaraq görünür. Biz illərdir özümüzü qarşıdan deyil, güzgüdən gördüyümüz üçün güzgü görünüşünə son dərəcə öyrəncəliyik.

    Digər tərəfdən isə insan üzü tam simmetrik deyil. Sol tərəfi ilə sağ tərəfi arasında kiçik, amma beynimizin gördüyü fərqlər var. Məsələn bəzilərimizin bir gözü digərindən böyük, bir qaşımızın forması digərindən fərqli, üzümüzü bir tərəfində xal ya da yara izi varkən digər tərəfində yoxdur… Əlbəttə bunlardan daha böyük fərqlər də var: saçlarımızın tam ortadan deyil bir tərəfdən ayırırıq məsələn…

    Bu simmetriya əskikliyi səbəbiylə güzgüdəki görüntümüz ilə fotoşəkildəki görüntümüz arasında diqqətimizi çəkməyən amma beynimizin görə bildiyi fərqlər olur. Beynimiz bu fərqləri gördüyü üçün fotoşəkildəki görüntümüzü bəyənmirik.

    Bu istiqamətdə edilən araşdırmalarda görülmüşdür ki, insanlar çəkdirdikləri fotoşəkillərin əks hallarını adətən daha çox bəyənirlər. Məsələn aşağıda Mona Lisanın iki fotoşəkili var. Soldakı bildiyimiz, sağdakı isə əks halıdır. Bunları görən hər kəs soldakı orijinalını bəyənir. Bu iki nümunə bu nəzəriyyəni daha da gücləndirir.

    Әgər fotoşəkillərdə güzgüdəki kimi görünsəydik, bu səfər də digər insanlar bizim pis göründüyümüzü düşünəcəkdi, çünki onlar bizim güzgüdəki görünüşümüzə vərdiş etməyiblər.



Bu məlumatlardan sonra nə edirik? Könül rahatlığı ilə fotoşəkil çəkdiririk; çünki o görünüşləri bizim xaricimizdə hər kəs bəyənəcəkdir… 🙂