27 İyun 1880-ci ildə ABŞ-ın Alabama ştatında anadan olmuşdur. Atası Artur H. Keller, anası Keyt Adams Kellerdir. Helen anadan sağlam doğulmuşdur, lakin 19 aylığında tutulduğu xəstəlik nəticəsində onu görmə və eşitmə qabiliyyətini itirmişdir. Bu xəstəliyin skarlatin və ya meningit olduğu ehtimal olunur. 7 yaşınadək Helen ailə üzvləri ilə ünsiyyət qurmaq üçün altmışdan artıq müxtəlif əl işarəsi düşünmüşdü.

Helenin anası, Aleksandr Bellin tövsiyəsilə onu Massaçusets ştatında, Boston şəhərindəki Korlar üçün Perkins məktəbinə yerləşdirir. Burada o, özü kimi gözdən əlil olan Ann Sallivanla tanış olur, bu tanışlıq 49 il davam edən əlaqənin başlanğıcı idi. Ann Sallivanın ona ilk öyrətməyə çalışdığı söz gəlincik (doll) sözü olmuşdur. Lakin Helen Keller ilk dəfə olaraq su (water) sözünü başa düşmüşdür.

Onun həyatından bəhs edən bir neçə filmlər çəkilmişdir: Deliverance (1919) səssiz filmi, Helen Keller-in Her Story, The Miracle Worker, Black (2005) filmləri. “The Miracle Worker” filmində Helen Kellerin “The Story of My Life” əsərindən bəhrələnmişlər və “The Miracle Continues” bu filmin davamı olaraq çəkilmişdir, Helen Kellerin kollec illərindən və yetkinlik yaşlarının erkən illərindən bəhs edir.

Helen 1904-cü ildə 24 yaşında Redkliff Kollecini fərqlənmə ilə bitirmişdir.

Helen Keller özü sərbəst yaza bilməsə də 7 kitabın müəllifidir. Onlardan ən məşhuru “Mənim həyat hekayəm” (“Story of my life”) adlanır.

14 sentyabr 1964-cü ildə ABŞ Prezidenti Lindon Conson Helen Kelleri ABŞ-ın ən yüksək iki mülki mükafatından biri olan Prezident Azadlıq Medalı ilə təltif etmişdir.

Helen Kellerin ölümündən sonra İspaniyanın Xetafe, İsrailin Lod, Portuqaliyanın Lissabon şəhərlərində yerləşən küçələrə onun adı verilmişdir.