O, bir saat ərzində onlarla qonaq qəbul edir. Bütün uşaqların böyüklərin,turistlərin nazı ilə oynayır. Səssiz-səmirsiz üzərinə düşən, daha doğrusu, məcburi şəkildə üzərinə qoyulan işi yerinə yetirir. Heç kimdən təmənna ummur. Hətta bir “quru sağ ol” da umurunda deyil. Heç qonaqlar da bu barədə fikirləşmir. Hətta qonaq olsa belə səs-küyə dözməyən ev sahibləri var. Amma onun üçün bu da problem deyil. Haqqında danışdığımız şəkildə gördüyünüz bu heykəldir. Fəvvarələr meydanında qoyulub. Bu “baş” heç kimə baş qoşmadan və başını itirmədən öz işindədir.