İrəliləyən zaman, dəyişən dünya hər gün həyat haqqında yeni bir məlumat öyrənməyimizi təmin edir. Bu dəfə isə heyvanlarla bağlı, maraqlı məlumatlara göz atmağa nə deyirsiniz?

1. Dəniz ulduzlarının beyni yoxdur.



2. Dəvə quşunun gözü beynindən böyükdür.



3. Dəvə quşlarının torpağa başını soxduğu deyilir; ancaq 80 ili əhatə edən zaman ərzində 200 minə qədər dəvə quşu arasında edilən araşdırmada bir dəvə quşunun belə bunu etdiyi görülməmişdir.



4. Bir dəvə quşu yumurtasının bişməsi ən az iki saat davam edir.



5. Donuzlar səmaya baxa bilməzlər.



6. Atlar və siçanlar heç bir zaman qusmaz.



7. Siçanlar ən sürətli çoxalan heyvanlardan biridir və ailəsinə 18 ay içində bir milyona yaxın siçan qata bilər.



8. Bir ördəyin ‘vak-vak’ səsləri əsla əks-səda etməz; səbəbi isə illərdir məlum deyil.



9. Zürafənin boyu kimi, dili də uzundur. Bir zürafə diliylə qulağını belə təmizləyə bilər.



10. Lurch adlı bu öküz dünyanın ən böyük buynuzlarına sahibdir.



11. Kəpənəklər ayaqları ilə dad alırlar.



12. Timsahlar heç bir zaman dilini çölə çıxara bilməzlər.



13. Bu günə qədər müəyyən edilən bir toyuğun ən uzun uçuş müddəti 13 saniyədir.



14. Delfinlər tək gözləri açıq olaraq yatırlar.