Bu film siyahımızda sizinlə həm bir-birindən maraqlı roları ilə, həm də filmlərdə verdiyi mesajlarla izləyiciləri özünə heyran qoyan Aamir Khan’nın ən çox sevilən 10 filmini paylaşırıq. Tam adı Mohammed Aamir Hussain Khan olan, Aamir Khan müvəffəqiyyətli kariyerası boyunca, Hind kino tarixinin ən təsir edici və məşhur aktyoru olmuşdur.


1. P.K. – IMDB: 8,3

PK nı canlandıran Aamir Khan heç kimin soruşmadığı, soruşmağı ağlına belə gətirmədiyi sualların cavabını axtarır. Bu suallar məsum, uşaqca suallar kimi görünsə də cavabını tapmaq çox çətin və maraqlıdır. P.K.’nın məsum həyatını görən insanlar öz sıravi həyatlarını sorğulamağa başlayırlar. P.K.’nın yeni sadiq dostları olur. Qırılmış qəlblərə məlhəm olur, hirsli insanları sakitləşdirməyə çalışır. Peekay’ın uşaqca marağı bir çox insan üçün mənəvi bir səfərə çevrilir. Filmlərin qarmaqarışıq fəlsəfələrin iddialı və unikal tərəflərini orijinal bir şəkildə ifadə edir. Bunlardan əlavə sadə, əyləncə dolu, gerçək bir sevgi nağılı da burada yaşanır. Aamir Khan’ın baş rolunu canlandırdığı PK filmi 2014 cü ilin ən bəyənilən Hind filmi olmuşdur. İzləmənizi tövsiyyə edirik.


2. 3 İdiots – IMDB: 8,5

Hindistanın ən əhəmiyyətli və çətin mühəndislik fakültəsində oxuyan Rancho Chhanched, Farhan Qureshi və Raju Rastogi universitetin yataqxanasında eyni otaqda qalan tələbələrdir. Raju, bu fakultəni ailəsini kasıblıqdan xilas etmək üçün seçmişken, Farhan ailəsinin məcburiyyəti ilə fakultəyə yazdırılmıştır. Rancho isə sadəcə maşınları sevir və bu səbəblə mühəndis olmağı seçmişdir. Rancho, məktəbə gəlişinin ilk günündən etibarən əzbərçi təhsil sistemini və tətbiqləri tənqid etməyə başlarkən, üçlü ilə professor Viru arasında ciddi bir ziddiyyət meydana gələcəkdir.


3. Ghajini – IMDB: 7,3

Tibb tələbəsi Sunita, marağından dolayı Sanjay Singhania ilə maraqlanmağa başlayır. Qısa müddətli yaddaş problemləri yaşayan Sanjay ilə dost olan gənc qız, onun xaricdən tamamilə xeyirxah biri olaraq görülən Ghajini Dharmatma’yı öldürmə planı qurduğunu öyrənir. Araşdırmasını dərinləşdirən Sunita, Sanjay tərəfindən yazılan qeydləri bir araya gətirir. Görünüşə görə Sanjay, bir zamanlar varlı biri ikən, hər şeydən uzaqlaşmış yad birinə çevrilmişdir. Keçmişdə yaşananları xatırlamaq üçün bədəninə döymə edən, qeydlər edən və fotoşəkil çəkən Sanjay, Ghajini və adamlarına qarşı böyük mübarizə aparacaqdır.


4. Taare Zameen Par – IMDB: 8,5

Ailəsi və müəllimləri tərəfindən tənbəl və xəyalpərəst olduğu səbəbiylə davamlı olaraq tənqid olunan Ishaan’ın həyatı bir rəsm müəlliminin sayəsində tamamilə dəyişəcəkdir. O zamana qədər fərqinə varılmayan bir cövhər, Ram Shankar adlı müəllimin səyləriylə gün üzünə çıxacaq və bu hər kəsi xoşbəxt edəcəkdir. Xüsusilə müəllimlərin və müəllim namizədlərinin izləməli olduğu Hindistan istehsalı bu filmi altyazılı olaraq sizlərlə bölüşürük.


5. Rang De Basanti – IMDB: 8,5

İdealist İngilis tədqiqatçısı Sue, Hindistana sənədli film çəkmək üçün yola çıxır. Burada Hind mədəniyyətini, İngilis əsarəti altında Hindistanlıların necə yaşadığını müşahidə edən Sue, film çəkilişi üçün Delhi Universitetindən bir neçə tələbə tapır. 5 il əvvəl universitetdən məzun olan ancaq hələ də universitet ətrafında dolanan DJ, Sue’nin sənədli filmi üçün könüllü olarkən, DJ’nin köməyiylə qrupa, Karan, orta sinifdən bir müsəlman oğlan Aslam və qız düşkünü Sukh qatılacaqdır. Siyasətin dünyanı daha gözəl bir yer halına gətirəcəyinə inanan Laxman Pandey’in də qrupa qatılmasıyla Sue üçün sənədli çəkilişi hazırlıqları tamamlanmışdır.


6. Fanaa – IMDB: 7,2

Kəşmirli gözəl ancaq kor bir qız olan Zoon, bir gün tur rəhbərliyi edən Rehan (Aamir Khan) adlı gənclə tanış olur. Zoon, dünyanın gözəlliklərini görmək istəyən biriyken, Rehan onları tanıdan kifayət qədər görmüş biridir. İkili böyük bir eşqə qapıldığı zaman Zooni’nin yaxınları onu xəbərdar edir. Bu xəbərdarlıqlara qulaq asmayan gənc qız, Rehan ilə birlikdə həyatı və eşqi kəşf edir, ancaq gənc adam böyük bir sirri ondan gizlədir.


7. Dhoom 3 – IMDB: 5,6

Atası, Chicago bankına ödəyə bilmədiyi borcları səbəbiylə intihar edən Sahir Khan, bacarıqlı bir sirk sahibidir. Atasının intiqamını almaq istəyən Sahir, banka bir neçə dəfə soyğun təşkil edəcək, bank rəhbərləri isə onu dayandırmaq üçün Hindistandan Jai Dixit və Ali Akbar’ı gətirəcəkdir.


8. Lagaan: Once Upon a Time in India – IMDB: 8,3

Tarixi bir film olan Lagaan, Hindistan həyatından bəhs edir. Hindistan vətəndaşları, İngilis müstəmləkəçiliyinin altında əzilərkən, Jack Russell tərəfindən vergi haqları iki qat artılacaqdır. Kəndlilər bu vergini ödəyə bilmir və yaraşıqlı bir gənc olan Bhuvan’ın liderliyində bəzi etirazlar duyulmağa başlanır. Bhuvan, məşhur İngilis oyunu kriket üzrə İngilislərə meydan oxuyur. Vergi qərarını kriket oyunu ilə geri çəkdirmək istəyən Bhuvan’ın mübarizəsi zamanla bütün Hindistan üçün simvol halını alır. Bəs Bhuvan, İngilisləri məğlub edə biləcəkmi?


9. Talaash: The Answer Lies Within – IMDB: 7.3

Surjan müvəffəqiyyətli polis müfettişidir. Oğlu Karen’i bir qəza nəticəsində itirir və həyat yoldaşı Roshini bu vəziyyəti qəbul edə bilmədiyi üçün evlilikləri sarsılır.Arman Kapoor isə bir Bollywood ulduzudur və şübhəli bir yol qəzası səbəbiylə ölür. Bu işi araşdırmaq üçün Surjan istintaqa başlayır. Simran sayəsində isə çox gerçək ortaya çıxacaqdır. Bu gerçəklər bəzilərinə böyük bir əzab, bəzilərinə isə dinclik verəcəkdir.


10. Andaz Apna Apna – IMDB: 8,8

Orta sinif təbəqəyə mənsub olan Amar və Prem, iki xəyalpərəst rəqibdir. Tək məqsədləri daha sürətli və asan yoldan zəngin olmaq olan bu iki gənc, zəngin bir adamın qızı ilə evlənərək varlanmağın planını qurmaqdadırlar. Multi milyoner Ram Gopal Bajaj’ın qızı Raveena Bajaj’ın Hindistana gəlişiylə bu iki gənc üçün bir fürsət yaranır. Bir-birləri ilə sıx bir rəqabətə girən iki gənc (Aamir və Salman Khan) qızı əldə etmək üçün çalışarkən, qız bir nəfər tərəfindən qaçırılacaq, iki gənc isə onu xilas etmək üçün güclərini birləşdirəcəkdir.