İlanlar haqqında bilmədiklərimiz

3104

İsti yay günlərinin gəlməsinə az qalıb, yayın gəlməsi ilə təbii olaraq ilanlarda yaşayış yerlərində  çoxalacaq. Buna görə də sizlər üçün ilanlar barədə məlumat topladıq.

 

    1. İlanların qulaqları eşitmir. Yəni ilan gördüyünüz zaman səs salmamağa diqqət etməyin, bunun heç bir mənası yoxdur.

 

    2.  İlanlar zəhərlərini üst zəhər dişlərindən ifraz edirlər. Bu məlumatı oxuduqdan sonra ilan görəndə onun dişlərini çıxarmağa cəhd göstərməyin, çünki bu həyatdakı son cəhdiniz ola bilər.

    3. İlanlar eşitmədikləri üçün ovlarını bədən temperaturu və izlərlə tapırlar. İlan görərkən bədəninizin soyuyacağını nəzərə alsaq heç bir təhlükə yoxdur.

 

 
    4. Bütün ilanlar zəhərlidir deyə bir şey yoxdur. Onların sadəcə bir qismi zəhərlidir. Təbii ki, biz onları ayırd etmək üçün gərək fərqlərini bilək. Bu uzun yoldur. Qısa yolu isə “ilan gördün,qaç”.
 
    5. Zəhərsiz ilanlar təhlükəsizlik üçün özlərini zəhərli ilanlara oxşadırlar. Buna biologiya elmində “mimikriya” deyilir.
 
    6. İlanların bədənində başlarında olan yumuşaq sümükdən başqa heç bir sümük yoxdur. Əgər belə olmasaydı ovlarını udarkən onların bütün sümükləri qırılardı.
 
     7. İlanlar nəfəs alarkən onların ağciyərlərindən fısıltı gəlir, ilanı fısıldayarkən eşitsəniz qorxmayın. O yazıq sadəcə, nəfəs alır sizi qorxutmaq fikri yoxdur. Heç vecinə belə deyilsiniz. 

    8. İlanın dərisi nəmlidir,əgər belə olmasaydı onların dərisi sürünərkən yırtılar və onlar ölərdilər. Kaş ki, nəmli olmasaydı deyib susuruq.

 

 

    9. İlanların bədəninin əsas hissəsini su təşkil edir ki, bu suyun qidanın həzmində böyük rolu var. Ölmələrini istəyirsinizsə onları susuz qoyun.

 

Son olaraq onu qeyd edim ki, bu canlıların əsas ovu insanlar yox zərərverici heyvanlar və həşəratlardır. Yəni onlar bizim düşmənimiz yox dostumuzdur. Onları sevək. Qorumasaq da olar.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: