Bu yaxınlarda Reddit forumunun istifadəçiləri maraqlı bir sorğuda iştirak etdi. Beləliklə, ilk baxışdan qəribə görünən ancaq sınaq zamanı özünü doğruldan bir neçə məsləhət ortaya çıxdı.

  • Gərgin iş gününün gedişatında corablarınızı dəyişsəniz, əhvalınız da dəyişəcək. Təmiz bir cüt corab sizi anında gümrahlaşdıracaq. İnanmırsınız? Sınayın.

  • Hər hansı sözü unutduğunuz zamanı əlifbanı səsləndirməyə başlayın. Həmin sözün başladığı hərfə çatdığınız zaman sözü xatırlayacaqsınız.

  • Tənbəlliyi və pis əhval-ruhiyyəni dəf etmək üçün duş qəbul edin. Enerji axınını hiss edəcəksiniz.

  • Soyuqdəymədən əziyyət çəkdiyiniz zaman Coca-colaya zəncəfil əlavə edib, için. Bu üsul Çində çox məşhurdur. Burnunuz tutulubsa, açılacaq. Boğazınız ağrayırsa, keçəcək.

  • Duzu meyvələrin üzərinə töksəniz meyvələr daha şirin olacaq. Duzu qəhvənin üzərinə töksəniz isə qəhvənin acılığı yox olacaq.

  • Əlinizə hopmuş sarımsaq qoxusunu yox etmək üçün əlinizi paslanmayan polad qaşığa sürtün.

  • Dərman qəbul etməzdən öncə su için, daha sonra dərmanı qəbul edin və yenidən su için. Beləliklə, dərman asanlıqla mədənizə düşəcək, ağız boşluğunda ilişməyəcək.

  • Asqıracağınızı hiss edirsiniz, ancaq asqırmaq istəmirsiniz? Burun körpüsünü barmaqlarınızla sıxın.

  • Hıçqırığı dayandırmaq üçün 1 kub qəndi udun.

  • Yuxudan tez oyanmaq üçün nəfəsinizi tutun. Yuxunuz elə bir qaçacaq ki.

  • Ayağınız keyləşdiyi zaman başınızı yelləyin. Keçəcək.

Bəs siz bu siyahıya nə əlavə edə bilərsiniz?