Saxtakarlıq sindromuna sahib olan insanlar, əsasən qazandıqları uğurlara layiq olmadıqlarını düşünürlər. Gəldikləri mövqenin uğur və zəka ilə deyil, təsadüfən olduğunu, bir gün həqiqətlərlə üzləşəcəklərini zənn edirlər.

Yaxşı bir təhsilə sahibsiniz. İşiniz və maaşınız yaxşıdır, amma beyninizdə sizi narahat edən nələrsə var, çünki bu məqama şans əsəri gəldiyinizi düşünürsünüz. Bəlkə də nə vaxtsa bu saxtakarlığınız ortaya çıxacaq deyə əndişələnirsiniz. Bu, “impostor sindromu”nun əlamətləridir.

“İmpostor sindromu” ilk dəfə 1970-ci illərdə ortaya çıxmışdır. Psixoloq Suzanne Imes və Pauline Rose Clance tərəfindən aşkar edilmişdir. Bu sinroma sahib insanlar, yüksək potensiala sahib olsalar da, bir gün maskalarının düşəcəyi qorxusu ilə yaşayırlar.

İmpostor sindromu özüylə bərabər stres və depressiyanı da gətirir. Hətta insanların kariyeralarına son vermələrinə səbəb olur. Özlərini təcrid etməyə başlayırlar. Qarşılarına qoyulan fürsətləri gözardı edirlər. Özlərindən yüksək vəzifəyə sahib insanlarla görüşməkdən qorxurlar.

Sindroma sahib olan insanların ortaq xüsusiyyəti isə, hamısının uğurlu insan olduqlarıdır. Yaxşı oxuyan tələbələr, sənətkarlar, idarəçilər və s. bu sindromla tez-tez qarşılaşırlar. Saxtakarlıq sindromunun digər bir xüsusiyyəti isə əsasən qadınlarda olmasıdır.

Bəs öhdəsindən gəlmək üçün nə etmək lazımdır?

  1. Əvvəlcə özünüzü tanıyın: Hisslərinizi kiməsə danışaraq probleminizi aşkarlaya bilərsiniz. Başqalarıyla danışmaq sizə tək olmadığınızı hiss etdirəcək. İmpostor sindromu çox normaldır və bir çox insanda olan bir şeydir.

  2. Professionalığınızdan xəbərdar olun: Sadəcə özünüzdən daha uğurlu insanlara baxmayın. Yeni məzunlara və ya tələbələrə baxın, bu sizə nə qədər yol qət etdiyinizi göstərəcək.

  3. Mükəmməlliyyətçi olmayın: Hər şeyin mükəmməl olmasına fokuslanmayın. Ən yaxşı siz olmalısınız deyə bir şey yoxdur, siz qatdığınızı dəyərə baxın.

  4. Hər kəs axmaq hiss edə bilər: Bəzən özümüzü axmaq kimi hiss edə bilirik. Bu normaldır və hər kəsdə olur. Sizin axmaq olduğunuz mənasına gəlmir.

  5. Uğurlarınıza sahib olun: Sadəcə uğursuzluqlarınızın və xətalarınızın məsuliyyətini götürməyin. Uğurlarınızın da məsuliyyətini anlayın və onları qeyd etməyi bacarın.

  6. Əgər özünüzü bu barədə çox çıxılmaz vəziyyətdə hiss edirsinizsə, psixoloqdan kömək ala bilərsiniz.