Ürəyimiz yanır, ürəyimizə gəlir, ürəyimizdən keçir, ürəyimizə damır.. Bu parçamız bizi var edən və bizi insan edən parçadır və onun haqqında bilmədiyimiz çox şey var.

  • Yetişkin insanın ürəyi dəqiqə ərzində orta hesabla 72 dəfə, gün ərzində 100 000 dəfə, il ərzində 36 500 000, bütün həyatı ərzində isə 2,5 milyard dəfə döyünür.

  • Mətbəxdəki kranın 45 il ərzində açıq qalaraq, buraxacağı su, insan ürəkdə həyat boyu dövr etdiyi qana bərabər olacaq.

  • Gün ərzində ürəyimizin ixrac etdiyi enerji maşının 32 km yol getməsi üçün kifayətdir. İnsanın həyatı boyu ürəyin ixrac etdiyi enerji ilə isə Aya gedib gəlmək mümkündür.

  • Ürək embrion ana bətnində 4 həftəlik ikən döyünməyə başlayın.

  • Qadının ürəyi kişinin ürəyinə nisbətən daha sürətli döyünür. Qadının dəqiqə ərzində ürəyi orta hesabla 78 dəfə döyünürsə, kişinin ürəyi orta hesabla 72 dəfə döyünür.

  • İnsan nə qədər savadlı olsa, ürək xəstəliklərinə tutulma təhlükəsi bir o qədər azdır. Bu fakt elmdə sübutunu tapmışdır.

  • Ürək tutmaları ən çox bazarertəsi baş verir. Təsadüfmüdür sizcə?

  • Ürək elektrik impulslar ixrac edir. Bu səbəbdəndə müəyyən oksigen ehtiyyatı ilə ürək insan bədənindən ayrıldığı zaman bir müddət döyünməyə davam edir.

  • Ürək insan orqanizminin ən fəal orqanıdır.

  • İsveç alimlərinin apardığı araşdırmalar göstərmişdir ki, xor oxuyan zaman iştirakçıların ürəyi sinxron döyünməyə başlayır.