1. İnsanlar var külək kimi…

    Bu gün burda. Sabah orda olan insanlardır. Onlar üçün heçnə daimi deyil. Hər şey müvəqətti xarakter daşıyır. Onlar bir əyləncnəni digəri ilə tez-tez dəyişirlər.

    2. İnsanlar var gül kimi…

    Bu insanlarla çox ehtiyatlı olmaq lazımdır. Onlar həmişə müdafiəyə ehtiyac duyurlar. Bu insanların özəlliyi elə onların zərifliyi, kövrəkliyi və incəliyindədir.

    3. İnsanlar var kitabxana kimi…

    Bu insanlar ətrafa bilik saçır. Onlardan həmişə nəyisə öyrənmək nümunə götürmək olar.

    4. İnsanlar var labirint kimi…

    Onlardan həmişə gözlənilməzliklər çıxır. Onları anlamaq, kəşf etmək çətindir.

    5. İnsanlar var yaşıl vadi kimi…

    Onların əhatəsində olmaq olduqca asan və xoşdur. Onlarla vaxt keçirərkən bütün problemləri atıb rahatlamaq olur.

    6. İnsanlar var atəşfəşanlıq kimi…

    Bu insanlar yüksək temperamentə malikdirlər. Onlar ətrafa bayram əhval-ruhiyyəsi, həyata olan sevgini yayırlar. Bu insanlar həyatdan zövq alıb, xoşbəxt ola bilirlər.

    7. İnsanlar var qranit kimi…

    Onlarla birlikdə olan zaman əmin ola bilərsiniz ki, pis heçnə baş verməyəcək. Çünki hər şeyi nəzarəti altında saxlayırlar. Bu insanlara şübhəsiz, şəksiz etibar etmək olar.

    8. İnsanlar var uçurum kimi…

    Bilə-bilə ki, hər şey pis qurtaracaq, yenə də fəaliyyətlərindən dönmürlər.

    9. İnsanlar var brilliant kimi…

    Bu insanlara hər dəfə baxanda yeni bir xüsusiyyəti aşkar edirsən. Müsbət yoxsa mənfi bu onların özlərindən asılıdır.