Bildirchin komandası olaraq etik qaydaları güdmək ilə hər zaman hər tərəfli məlumatları sizlərə təqdim etməkdən qürür duyuruq. Bu gün sizə icazəniz ilə internet barədə məlumat vermək istərdik. Bəlkə də sizə heç zaman “internet görəsən hardan gəlir” fikri gəlməyib. İnterneti peyklə almaq çox baha və bir çox cəhətdən sərfəli deyil. Sərfəlisi onu okeanın dibi ilə gətirməkdir. Bəli bu düz və realdır. Bütün dünya okeanın dibi ilə birləşən Fiber optik kabellər ilə birləşib. Onlar İSP 1 adlanır.

Sonra ikinci dərəcəli şirkətlər gəlir. Bunlar hər ölkədə dövlət tərəfindən qorunan bir yerdir. Bunlara İSP 2 deyilir. Onlar Azərbaycanda Aztelecom, Türkiyədə Türktelecom və s.dir.

Daha sonra İSP3 şirkətləri gəlir. Bu şirkətlər provayderlərdir. Biz onlardan interneti alırıq və sonra İSP 4-lər gəlir. Bunlar isə bizim evlərimizdəki interneti xətləridir.

Sual oluna bilər ki, nece olur ki, telefon xətti ilə qoşuluruq? Cavab çox sadədir. Dünya onsuz da okean altı xətlər ilə doludur. Evlərə də xətt çəkib yer üstünü doldurmağa ehtiyac yoxdur. İnternet provayderləri telefon xətti ilə razılaşaraq onların kabelindən istifadə edir. Beləliklə bu hər kəsə sərfəli olur. Ümid edirik dünyadakı internet strukturunu az da olsa təsəvvür yadada bildik 🙂