Riçard Novatson başda olmaqla amerikan alimləri maraqlı olduğu qədər də aktual bir məsələ barəsində araşdırma aparmışlar. Bu araşdırmanın mahiyyəti internetin kəsilməsi ilə dünyada nələrin baş verəcəyi idi və sözü gedən bu araşdırmada 4000 insan (50% qadın, 50% kişi) iştirak edib.

Araşdırmada iştirak etmək üçün seçilən bu insanlar gündəlik iş fəaliyyətləri internetlə bağlı olan və həmçinin bütün gününü sosial şəbəkələrdə və müxtəlif internet saytlarında keçirən insanlar olub. İştirakçılara sual bu formada verilib: əgər sizin ölkədə internetə giriş qadağan olunsaydı nə edərdiniz? Nəticələr isə alimləri düşünməyə vadar edib.

67% iştirakçı belə cavab vermişlər ki, onlar internetdən maneəsiz istifadə edə biləcəkləri başqa bir ölkəyə köçərdilər. Bu halda vətənpərvərlik hissi ikinci plana keçir və Facebook, Twitter və başqa sosial şəbəkələr daha vacib rol oynayır.

İştirakçıların bəziləri, 14% insan bu sual qarşısında çaşqınlıq yaşayın və bildirmişlər ki, müəyyən bir müddət ərzində depressiyaya məruz qalardılar.

Araşdırmada iştirak edən 4000 insan arasında elələri də vardı ki, (11%) bu hadisəni böyük sevinclə qarşılayardılar və böyük sevinclə öz yaxınlarına zaman ayırardılar.

2% insan (78nəfər) internet kəsilərsə hətta özlərinə qəsd də edəcəklərini və internetsiz həyatın heç bir mənasının qalmadığını bildirmişlər. Qeyd edək ki, bu 2%-ə daxil olan insanların 64 nəfəri qadın olub…

Riçard Novatson bu araşdırması ilə internet texnologiyalarının necə sürətlə inkişaf etdiyini və insanlara necə bir təhlükə yaratdığını sübut etmişdir. Təəssüflər olsun ki, müasir tibb bu problem qarşısında acizdir – internetə qarşı yaranan bu asılılığa diaqnoz qoymaq və onu müalicə etmək mümkün deyil.