Gənc Verterin İztirablabları kitabını oxumusunuz?
Hötenin yazdığı bu kitabda, Verter qarşılıqsız sevginin tək çıxışı olaraq intihar etməyi seçir. Əsər hüznlü, melanxolik bir havaya sahibdir və insanı o dərin əzabın içinə çəkməyi bacarır. Hötenin 25 yaşında yazdığı bu əsər böyük şöhrət qazanır. Kitab o qədər bəyənilir ki, insanlar da öz sevgilərini Verterin hiss etdiyi kimi olmasına inanırlar. O dövrdə bu sətirləri oxuyan gənclər bir-bir intihar etməyə başlayır.
Özünü Verter kimi göstərmək istəyənlərin sayı getdikcə artır və kitab bir çox ölkədə qadağan olunur. Bu hadisələr insanların ağlına bir sual gətirir.
İntihar yoluxucu ola bilərmi?
Sosioloq Devid Filips, 1974-cü ildə bu mövzunu araşdırmağa başlayır. İntiharın təqlid edilmə təsiri yaratdığı teoremini ortaya qoyur. Hötenin kitabının səbəb olduğu bu təsirə də Verter effekti adı verilir. Araşdırmalarda məşhur insanların ölümündən sonra intihar hadisələrində artım olduğu aşkarlanıb. Bu da, intiharın yoluxucu olduğu teoremini isbatlayır.
Çıxan nəticələrə görə, təqlid edilən intihar hadisələrində kritik dövrlər müəyyən edilib. Xəbərdən sonrakı 3-4 gün ərzində ilk kritik dövr, 7-10 ərzində isə ikinci kritik dövr başlayır. Bu günlərdə insanların intihara cəhd eləmə ehtimalı böyük olur.
Dünya Sağlamlıq Təşkilatının yayımladığı son reportda 15-29 yaş arası gənclərin yol qəzasından sonra ikinci ölüm səbəbi intihardır! Burada mediyanın və xəbərlərin yayımlanma tərzində böyük rol var. İntihar xəbərlərini romantizə edərək yayımlamaq 15-29 yaş aralığındakı gənclərin bu xəbərlərdən daha çox təsirlənməsinə səbəb olur.
Dünya Sağlamlıq Təşkilatı xəbərləri yayımlayarkən mümkün qədər duyğusuz formada yayımlamağı tövsiyə edir. İntiharın necə edildiyi barədə detallar verməmək, istifadə edilən dilə diqqət ermək və maraq oyandırmamaq lazım olduğunu qeyd edirlər.
İntihar kimi şiddət də yoluxucudur. Bu haqda məqaləmizi aşağıdakı keçiddən oxuya bilərsiniz:
Şiddəti kimdən öyrənirik?