Sosial şəbəkələrdə yayılmış detektiv tapmaca barədə yazılan cavabların sayının sayı-hesabı yoxdur. Bəs doğru cavab hansıdır?

  1. Diqqət etməli olduğunuz ilk şey masadaki əşyaların istiqamətidir. Gördüyünüz kimi, qələm, külqabı və Kola şüşəsi sol tərəfdədir. Bu isə o deməkdir ki, mərhum solaxay idi. Silah isə onun sağ əlindədir. Şübhəlidir deyilmi?

  2. Masada sol tərəfdə yerləşən qələm, məktubun mərhum tərəfindən yazıldığını göstərir. Ancaq sözü gedən məktubun vidalaşma məktubu olması barədə məlumat yoxdur. Pəncərədən havanın qaranlıq olduğunu görsək də lampa sönmüş haldadır. Bu isə çox qəribədir, çünki mərhumun gözləri zəif görürdü və o eynəkdən istifadə edirdi. Bu səbəbdən də mərhumun məktubu qaranlıq çökmədən yazdığı təxmin edilir. Bu halda, məktub vidalaşma məzmunlu olmamalıdır.

  3. Qan ləkəsi, mərhumun silahı sağ əlində tutduğunu və arxasını masaya və ya divara dayadığını göstərir, lakin bu halda gilza hazırda olduğu yerdə olmamalıdır.

  4. Bir ayaqqabının olmaması və stulun aşmış olması, mərhumun həyatı uğrunda mübarizə apardığını göstərir.

  5. İntihar edən insan bu addımı atmadan öncə bütün işlərini bitirir. Mərhumun əlində isə, bitməmiş siqaret var.

    Bütün bu analizlərdən sonra bu nəticəyə gəlirik: mərhum öldürülmüşdür.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry