Sizə bir çox məşhur ölkələrin tarixi, həyat tərzi və sair haqqında məlumatlar təqdim etmişik. Bu dəfə sıra bir o qədər də məşhur olmayan, Yaxın Şərqdə yerləşən ərəb ölkəsi İordaniyadadır. İordaniyanın rəsmi dili ərəb dili, pul vahidi “İordaniya dinarı”dır. Bu kimi məlumatları vikipediyadan tapa bilərsiniz, indi isə sizə daha maraqlı faktları çatdıraq. 🙂
Ölkənin adı bir çox mənbələrdə “İordaniya” kimi qeyd olunsa da, əslində rəsmi ad İordaniya Haşimilər Krallığı. Əhalisinin 1.2%-ni çərkəzlər təşkil edir. İordaniya ən çox qaçqın qəbul edən ölkə kimi tanınır. Belə ki, müxtəlif illərdə 2 milyon Fələstin və 1.2 milyon Suriyalı vətəndaş müharibələr səbəbindən İordaniyaya üz tutmuşdur.
İordaniya həm də qədim Petra şəhərinin vətənidir. “Qızılgül Şəhəri” (The Rose City) nadir tarixi arxitekturaya malikdir. UNESCO tərəfindən 7 yeni dünya möcüzəsi siyahısına salınmışdır.
“Indiana Jones” və “Last Crusade” filmlərinin final səhnələri Petra şəhərində çəkilmişdir.
(Petra şəhərinin axşam mənzərəsi)
Digər Orta Şərqdə yerləşən ərəb ölkələrindən fərqli olaraq İordaniya neft ölkəsi deyil.
Fələstinin Qərb hissəsi vaxtı ilə İordaniyanın bir hissəsi olmuşdur. 1948-49-cu illərdə Ərəb-İsrail münaqişəsi dövründə bu ərazi İordaniyada olsa da, 1967-ci ildə baş vermiş müharibədə Qərb Sahili İsrailə keçmişdir.
1994-cü ildə İordaniya İsraillə sülh müqaviləsi imzalamışdır.
Dünyanın ən alçaq nöqtəsi İordaniyada yerləşir. Bu yer dəniz səviyyəsindən 420 metr aşağıda Ölü Dəniz sahilindədir.
İordaniyanın hal-hazırkı paytaxtı Əmman şəhəri bir zamanlar Filadelfiya adlandırılmışdır.