Ağıllı telefonların son 10 ildə həyatımıza girməsi ilə bir çoxumuz onlarsız yaşaya bilmirik. 🙂 Çünki işlərimizin çoxunu telefonla görür, digər boş vaxtlarımızı belə onunla keçiririk. iPhone isə hal-hazırda kütlə tərəfindən çox sevilən, uğurlu bir “Apple” məhsuludur.iPhone nə qədər bəsit və sadə görünsə də, içində bizə lazım olacaq bir çox funksiyalar vardır.

  1. Təyyarələr – Siri iPhone-da birinci köməkçimizdir. Siridən bir çox məlumat tələb edə bilərik, hətta üzərimizdən uçan təyyarələr də buna daxildir. Bəli, düz oxuduq təyyarələr. 🙂 Siriyə telefonu işlətdiyimiz dildə “üzərimdən hansı təyyarələr uçur?” sualını versək, o təyyarələrin nömrələri və hansı yüksəklikdə uçduqları haqqında məlumat verəcəkdir.

  2. Sağlamlıq – Məsələn, yıxıldıq və yaralandıq, bir həkim gəldi bizi müalicə etmək istəyir, ancaq hansı ağrıkəsiciyə allergiyamız olduğunu xatırlaya bilmədik. Apple-ın sağlıq funksiyası bunları müəyyən etmək üçün düşünülmüşdür. Biz özümüzdə olmasaq belə telefonda olan bu proqramla bizim sağlamlıq haqqında məlumatlarımız buradan öyrənilə bilər.

  3. Vibrasiyalar (titrəşim) – Titrəşimlər telefonlarda bəlkə də ən önəmli funksiyalardan biridir. Olduğumuz məkanda telefonunuzu səsli rejimdə saxlamağı istəmiriksə, ancaq vacib bir xəbər gözləyiriksə bu funksiya bizə kömək edər. 🙂 iPhone bu mövzuda bizlərə özəl bir yaradıcılıq təklif edir. Özümüzə uyğun vibrasiya yarada bilərik, bunun üçün “settings” (ayarlar) hissəsindən vibrasiyaya düzəlişlər edərkən yeni vibrasiyanı seçməmiz kifayətdir.

  4. Zamanlayıcı (timer) – Əgər biz də yatdığımız zaman musiqi dinləməyi seviriksə bu funksiya demək işimizə yarayacaq. Yatdığımız zaman qulaq asdığımız musiqinin səhərə qədər oxunmasını istəmiriksə zamanlayıcını aktiv etməliyik. Bunun üçün saat proqramında zamanlayıcıya (timer) keçib, aşağı hissədə göstərilmiş oxumağı dayandır (stop playing) yazısını seçmək, daha sonra isə istədiyimiz saatı əlavə etmək kifayətdir.

  5. Yazıda səhvlər – Hamımız mesaj yazarkən səhvlər edə bilərik, bu normaldır. iPhone-da bir mesajı yanlış yazsaq, onu silməyimizə gərək yoxdur. Bunun əvəzinə səhv söz yazdığımız zaman telefonu silkələməyimiz kifayətdir, nəticədə yazdığımız son söz avtomatik olaraq silinəcəkdir.

  6. Nightshift – Apple tərəfindən yaradılan və qaranlıq məkanda gözlərimizin yorulmasının qarşısını alan bir funksiyadır, ancaq nightshift funksiyası ilə aşağı güc (low power mode) funksiyasını birlikdə istifadə etmək istəsək telefon buna icazə verməz. Buna görə Siridən istifadə edə bilərik, öncə aşağı güc funksiyasını aktivləşdirib, sonra Siridən nightshift-i açmağını istəməliyik bu zaman o aşağı güc funksiyasını bağlamağı deyəcək, onun dediyini təsdiqləyib ancaq aşağı güc modunu aktiv saxlamaq olar. Bundan sonra ikisini də eyni anda istifadə etməyimiz mümkündür. (Bir az çox izah etdim deyəsən.)

  7. Su tərəzisi – Bunun üçün telefona hansısa proqram yükləməyimizə gərək yoxdur, iPhone-da olan kompas proqramına daxil oluruq və ekranı sola tərəf çəkirik. Sağ tərəfdə su tərəzisini görəcəyik. (P.S: Siz də mənim kimi su tərəzisinin nə olduğunu bilmirsinizsə; su tərəzisi iki nöqtə arasındakı əyriliyi və əyriliyin yönünü ölçən cihazdır.)

  8. Safari – Safaridə açdığımız, lakin sonra bağladığımız pəncərələri yenidən açmaq çox asandır. Ən aşağıda görünən “+” işarəsinin üzərində barmağı biraz çox saxlamaqla səhifələri görə bilərik.

iPhone istifadəçilərinin və gələcəkdə bu telefonu almağı düşünənlərin işinə yarayacağına inanırıq. Sağlıqla işlədin. 🙂