Müasir qul dayanmadan ömrünün sonuna qədər işləməlidir. Qul tərəfindən qazanılan pul cəmi 1 aya – kirayə haqqı verməyə, qidaya və yol puluna kifayət edir. Müasir qulun əmək haqqısı cəmi 1 aya kifayət etdiyindən o ölənə qədər işləməlidir. Təqaüd də öz növbəsində xoşbəxtlik qazandırmır. Qul-təqaüdçü öz təqaüdünü ən yaxşı halda kirayə haqqına, qidaya, dərmanlara sərf edir və onun da əlavə pul vəsaitləri qalmır.

İnsanların gizli şəkildə, lakin zorakılıqla işə cəlb edilməsinin ikinci mexanizmi isə gündəlik “çox tələbat” olan məhsullara sünu şəkildə tələbatın yaradılmasıdır. Bu isə televizor, radio reklamı, piar, məhsulların mağazada düşünülmüş şəkildə yerləşdirilməsi ilə həyata keçirilir. İnsanlar yorulmadan “yeniliklərin” arxası ilə qaçırlar. Bunun üçün isə mütəmadi olaraq işləmək lazımdır.

Üçüncü mexanizm isə kredit sistemidir. “Sərfəli faizlər”-in köməkliyi ilə insanlar mütəmadi olaraq kreditləşməyə cəlb olunur. “Müasir qullar” bir krediti ödəmək üçün digər bir kredit götürməyə məcbur olur və bununla özünə borc piramidası yaradır. Daim yüksələn borc isə insanı əvvəllər heç razı olmayacağı işlərdə, ən az əmək haqqı ilə belə işləməsinə vadar edir.

İnsanların işə cəlb edilməsinin dördüncü mexanizmi inflyasiya, yaxud periodik olaraq süni təşkil edilən defoltlardır. Bu defoltlarda vətəndaşlara iqtisadi vəhətdən inkişaf etmək, hər şeyi sıfırdan başlamaq imkanı vermir. İşləyən şəxsin əmək haqqısı qalxmadığı halda bazarlardakı qiymətin qalxması elə işçinin qarət edilməsi mənasına gəlir. Beləliklə də, müasir qul kasıbladıqca kasıblayır.

Beşinci mexanizm isə işçiyə özünə bu və ya başqa şəhərdə ev ala bilməsinə şərait yaratmamaqdır. İşçi kifayət qədər maaş ala bilmədiyi və ehtiyat pul toplaya bilmədiyi üçün özünə daşınmaz əmlak da əldə edə bilmir. Vəziyyət belə olduqda isə onun gedəcək bir yeri olmadığı üçün, həmin şəhərdə qalıb işləməyə məcburdur.

İnsanları aşağı səviyyəli əmək haqqı ilə işlətməyin digər bir yolu da işçidən əmək bazarında onun əməyinin real dəyərini gizlətməkdir. Bütün bunların baş verməsinin bir səbəbkarı da işçinin özü, məlumatsızlığıdır.