Müasir dövrdə işə götürəni maraqlandıran tək mühasibin necə saymağı bacarması və ya hüquqşünasın hansı qanunları əzbər bilməsi deyil.
İndi iti zehinli və fərqli düşüncəli insanları işə götürməyə çalışırlar. Bu cür adamları aşkar etməkdən ötrü işə götürənlər və ya şirkətin əməkdaşları müxtəlif bicliklərə əl atırlar. Potensial işçilərə baş ağrıdıcı suallar verə bilərlər. Misal üçün, satış meneceri vəzifəsinə düzəlmək istəyən adama onun professional musiqi biliklərinin olub-olmadığını soruşa bilərlər.

Ən çox istifadə olunan gözlənilməz suallar aşağıdakılardır: 

1. Biz sizi nəyə görə işə götürməliyik?

Məqsəd: Bu sualın verilməsində məqsəd sizin həmin şirkəti tərifləməyiniz və ya özünüzü tərifləməyiniz gözlənilmir.

Doğru cavab: Həmin şirkətdə inkişaf etmək üçün nə etməyi planlaşdırdığınız və ya şirkətin inkişafı üçün nəyə hazır olduğunuzu bilmək istəyirlər.

2. Bir nəfər 13-cü mərtəbədə yaşayır, lakin liftdə 12-ci mərtəbəyə qədər qalxır, qalan yolu piyada gedir. Aşağı düşəndə isə 13-cü mərtəbədən liftə minir. Niyə?

Məqsəd: Belə tipli suallar verilərkən, əsas məqsəd doğru cavanı öyrənmək deyil, sizin analitik düşüncə tərzinizi öyrənməkdir.

Doğru cavab: Həmin şəxs balaca uşaqdır. Onun əli 13 düyməsinə qədər çatmır.

3. İdman ayaqqabıları istehsalı ilə məşğul olan bir firma var. Həmin firmanın Azərbaycanda bir və Konqoda da bir fabriki var. Hər iki fabrikdə eyni model ayaqqabılar istehsal olunur. Hər iki fabrikdə oğruluq var. Hər hansı kadr dəyişikliyi olmadan, necə etmək olar ki, əməkdaşlar oğurluq etməsinlər?

Məqsəd: Sualın verilməsində başlıca məqsəd namizədin fərasətini və dərrakəsini öyrənməkdir.

Doğru cavab: Ayaqqabıların sağ tayını Azərbaycanda, sol tayını isə Konqoda istehsal etmək lazımdır. Bu zaman oğruluğun heç bir əhəmiyyəti olmayacaq.

4. Əgər şirkət rəhbərliyi sizə qonaq gəlsə, onlar üçün nə bişirərsiniz?

Məqsəd: Belə sual verməklə bilmək istəyirlər ki, namizəd qeyri-standart vəziyyətlərdə özünü necə aparır.

Doğru cavab: Bu suala cavab verərkən özünəməxsus ola bilər. Hansı yemək ürəyinizdən keçirsə, onu yaza bilərsiniz, və ya sadəcə “Bu, doğru sual deyil, bu səbəbdən cavab verməyəcəm”, deyə bilərsiniz.

5. Qadınlara nə vaxt ana olmağı planlaşdırdıqları barədə sual verilə bilər.

Məqsəd: İşə götürən istənilən şirkət üçün qadın əməkdaşa verilən ənənəvi sualdır.

Doğru cavab: Professionalların bu məsələdə fikir ayrılıqlar var. Bəziləri düşünür ki, qadın həmin planın dəqiq vaxtını açıqlamalıdır, digər qism isə düşünür ki, təxmini vaxt açıqlamaq olar.