1. «Bu mənin işim deyil ki?!»

Müdiri işi kimin etdiyi deyil, işin edilib-edilmədiyi maraqlandırar.

2. «Mən onunla işləmək istəmirəm!»

Çox ehtimal ki, xoşunuz gəlməyən insanın da sizdən xoşu gəlmir, ancaq bu, işdir və qrup halında işləməli olursunuz. Şikayət etməkdənsə, işi tez bir zamanda bitirib xoşlamadığınız insandan canınızı qurtara bilərsiniz.

3. «Çox işim var»

Həmişə bunu desəniz, işinizi çatdırmadığınız və tənbəl olduğunuz düşünülə bilər.

4. «Əvvəl də sınamışdıq, alınmadı»

Ofisə yeni müdir gələndə sizə köhnə layihəni yenidən işləməyə verə bilər.  “Əvvəl də sınamışdıq, alınmadı”, — desəniz, onu qəzəbləndirmiş olarsınız. Həm layihəni fərqli insanlar irəli sürdüyündən yəqin ki, fərqli düşüncələri də var. Müdirlər özündən əvvəl görülən işləri eşitməyi xoşlamaz.

5. «Pulumu artırmasanız, işdən çıxacam!»

Düşünməyin ki, siz işdən çıxsanız, aləm bir-birinə qarışacaq. Əksinə, siz getsəniz, yerinizə daha da böyük təkliflərlə başqa işçi tapmaq asandır və o zaman üzülən siz olacaqsınız. Buna görə artım istədiyinizdə niyə layiq olduğunuzu da açıqlayın.