İşıqforların tətbiqinə, əvvəllər dəmiryollarının qatarların idarəsi üçün tətbiq etdiyi siqnallar nümunə götürülərək başlamışdır. Dəmiryolları idarəsi qırmızı rəngi “dayan” siqnalı olaraq seçmişdir. Qırmızı rəng qan rəngi olduğundan əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu olmuşdur.

Dəmiryollarının ilk fəaliyyətə keçdiyi 1830-cu illərdə xəbərdarlıq işığının rəngi yaşıl, keç işığı isə ağ idi. Bir müddət sonra ağ siqnal problem yaratmağa başladı. Ağ rəngli “keç ” siqnalı digər küçə lampaları ilə qarışdırılırdı. Amma daha pisi “dayan” işarələrinə qoyulan qırmızı lupalar yerlərindən düşüncə işıq ağlaşır, “keç” siqnalı olaraq qəbul edilir və qəzalara yol aça bilirdi.

Sonunda dəmir yolunda səyahət edənlər qırmızını “dayan”,  yaşılı “keç”, sarı rəngi də “xəbərdarlıq” siqnalı olaraq istifadə etməyə başladılar. Bilindiyi kimi sarı , ən göz oxşayan rəngdir. Beləcə maşinist bir siqnalın olması lazım olan yerdə ağ işığı görsə, bir şeylərin səhv olduğunu anlayır, tədbirini alırdı.

İlk yol lampası avtomobillərin ortaya çıxmasından çox əvvəl 1868-ci ildə Londonda istifadə edilmişdir. Qazla yandırılan və bir ox ətrafında döndürülə bilən qırmızı və yaşıl lampalar bir il sonra partlayıb, lampaları çevirən polisi də yaralayınca, bu tətbiq ortadan qalxdı. Amma bir yandan avtomobillərin ortaya çıxması və şəhərlərdə hərəkətə başlamalarıyla birlikdə vəziyyət pisləşdi . Müxtəlif şəhərlərdə dəyişik tətbiqlər edilirdi . Dəmir yollarındakı tətbiq nümunə alındı, amma dəmir yollarında bir-birinə paralel iki xətt vardı. Bu sistem iki yolun kəsişdiyi qovşaqlarda işə yaramırdı.

Sonunda günümüzdəkilərə bənzəyən ilk elektrik avtomatik işıqforu, ibtidai məktəb məzunu və ABŞ-dakı Clevelandda avtomobil sahibi ilk “qara” olan Garrett Morgan inkişaf etdirdi. 1914-cü ildə ilk sınaqlarına başlayan Morgan, 1923-cü ildə də patentini aldı. Morgan 1963-cü ildə ölümündən az əvvəl patentini 40 min dollara General Electric firmasına satdı.

Morganın lampaları, dəmir yollarına bənzər şəkildə bir “T” üzərində qırmızı və yaşıl iki lampadan ibarət idi. Çox keçmədən “xəbərdarlıq” mənasında sarı lampa da əlavə edildi və tətbiq bütün dünyaya sürətlə yayıldı. Aradan keçən illərə baxmayaraq sarı rəng hələ “xəbərdarlıq” mənasındadır. Amma günümüzdəki sürücülər onu, təəssüf ki “keç ” siqnalı olaraq qəbul edir.