Müasir dövrün ən geniş yayılmış problemi işləri daima təxirə salmaqdır. Bizim nə istədiyimizi və bizə nəyin lazım olduğunu hamımız yaxşı bilirik.Amma bu istəkləri gerçəkləşdirmək əvəzinə, çox vaxtı lazımsız daha asan işlər görülür.Ən pisi isə vacib işlərdən qaçaraq televizor, internet qarşısında itirdiyimiz vaxtdır.

    İşləri daima taxirə salmaq insanın psixologiyasına da mənfi təsir göstərir.İnsan həmişə daxili “mən”-nə borclu qalmış kimi hiss edir özünü.Bu isə özünə dəyəri, özünə inamı aşağı salır.

    İnsanlar işləri daima təxirə salaraq buna vərdiş edir.Bu pis vərdişdən qurtulmaq üçünbir neçə məsləhətimiz olacaq.

    1.Götür-qoy etməyi dayandırın. Fəaliyyətə başlayın.Təbii ki, işin planlaşdırılması arzuolunan nəticəni əldə etməyə yaxşı yanaşmadır.Amma həddindən artıq götür-qoy etməyin mənfi təsiri var.Fikirləşirsən, fikirləşirsən və yenə də fikirləşmək istəyirsən…

    Bütün bunların səbəbi isə “ideal iş” hazırlamaq arzusudur.Hansında ki, uğursuzluqlara,səhvlərə, çətinliklərə yer yoxdu.Təbii ki, “ideal iş” anlayışı real həyatda yoxdu. “İdeal iş” qurmaq arzusu isə sizi real fəaliyyətinizdən uzaqlaşdıra bilər.

    2.”Milçəkdən fil düzəltməyin!”. İşi günlərlə təxirə salmaqla, həmin iş haqqında daha çox düşünməyə başlayırıq.Düşüncələrimiz isə “biz bunu etmədik”, “bu işi hələ etməmişik” kimi fikilər fırlanır.Baxmayaraq ki, iş çox asanlıqla başa gələ bilər, szini üçün artıq o, böyük öhdəlik kimi görsənir.

    3.Gələcəyinizə çox uzaqdan baxdıqda, istənilən iş mümkün olmayan kimi görünə bilər.Müasir dövrdə gələcəyini planlaşdıraraq , bütün güc və diqqətini bu günə yönəldən insanlar tezliklə uğurlu insanlara çevrilir.

    Fəaliyyətə bu gündən başlayaraq, siz bütün fikrinizi həmin işə cəmləşdirirsiniz və özünüzdə də əminlik yaranır.Daxili “mən”-niz sizə mütləq təşəkkür edəcək buna görə.Tədricən 2-ci, 3-cü addımı atmağa başlayırsınız.

    4.Günə ən mürəkkəb işdən başlayın. Çox vacib dərsi öyrənməlisiniz ya da ki çoxdan gözlənilən zangi/söhbəti həyata keçirməlisiniz? Bunu mümkün qədər tez edin.Günə vacib və sizin üçün çətin işi yerinə yetirməklə başlasaz qalan işlər öz axarında gedəcək və siz özünüzü xeyli azad hiss edəcəksiniz.

    5.Sadəcə olaraq qərar verin. Əgər siz nəyisə etmək istəyirsiniz və qərara gələ bilmirsinizsə, bu sizin istəklərinizlə fəaliyyətinizin üst-üstə düşməməyindən xəbər verir.Bu üsulla özünüzü aldatmış olursunuz.Bir şey istəyirsiniz ,amma başqasını edirsiniz.Sizin səhv fəaliyyətiniz isə şüuraltı sizin səhv olduğunuz haqda sizə siqnal göndərir.

    6.İşi axıra çatdırın. Bİr işi başlayıb sonra bitirməmək zəif iradəli insanlara məxsusdur. Çalışın birinci dəfə özünüzü məcbur edin, zamanla bütün işləriniz bitirməyə vərdiş edəcəksiz.

    Və sonda “sabah” sözünü unudun. Yadda saxlayın ki, hər bir “ sabah”  səhər açılan “bu gün”-dür.