Payız və Yaz gələndə iştah da gəlir. Bəs bu iştahı necə kəsək? Bir neçə üsulu var. Buyurun oxuyun 🙂

  • Alma və ya nanə qoxulamaq – Uzun müddətlik təsiri olmasa da, iştahı öldürür.

  • Hər şirniyyat istəyəndə dişlərinizi fırçalayın – Əslində fırçalamağınız şərt deyil. Önəmli olan odur ki, diş pastası ilə ağzınızı yaxalayasız.

  • Səhər yeməyində sıyıq yeməkdənsə yumurta yemək daha məsləhətlidir, çünki kalori olaraq yumurta daha azdır. Yumurta həm də daha uzun müddətə adamı tox tutur.

  • Tünd şokolad 40 qram yemək olar gün ərzində. Bu metabolismanı tezləşdirir və aclıq hissini azaldır.

  • Daha çox çeynəmək – bu adamı arıqladır və sağlam qidalanmış olursan. Bir yeməyi 40 dəfə çeynəmək lazımdır.

Bəs nə yeyim?

Pəhrizdəsizsə, sağlam qidalanmağa başlamaq daha yaxşı seçim olar deyə düşünürəm. Əlbəttə ki, hərdən ürəyimizdən sağlam olmayan şeylər də keçəcək, ancaq yaxşı olar ki, özümüzə diqqət ayıraq, önəmli olan davamlı olaraq etməkdir. Məsələn, mən 1 ildən çoxdur ki, fast food restoranlarında yemək yemirəm və heç istəmirəm də. İndi isə dieta və ya sağlam qidalanmada nələri istifadə etmək daha xeyirlidir, onları sizinlə paylaşıram:

  • Meyvə şirəsi vs meyvə – meyvəni bütöv şəkildə yeməyimiz çəki itirməyimizə daha çox kömək edəcəkdir. Şirədə daha çox kalori var və bu səbəbdən də bir neçə ədəd meyvə daha çox xeyirli olacaq. Həm də bu sizi daha çox tox hiss etmənizə kömək edəcək. Meyvə şirəsi və ya smoothie isə səhərlər yaxşı seçim ola bilər.

  • Kinoa – proteinlə zəngindir, bu səbəbdən də gün boyu sizi enerjili və tox tutacaq, ancaq tərkibində nişansta olduğu üçün böyük porsiyada yeməməyiniz məsləhətdir.

  • Yumurtanin hər hissəsini yeyə bilərsiz, ancaq gündə 2 ədəddən çox yumurta yemək ziyanlıdır.

  • Kartof – Kim deyib ki, kartof zərərlidi? Kartofda da bizə lazım olan bəzi vitaminlər var və az miqdarda istifadəmiz lazımlıdır.

  • Avakado – bu pəhrizdə mütləqdir. Tərkibində olan maddələr, sağlamlığımız üçün çox lazımlıdır.

  • Gün ərzində çərəzlərə də yer ayırmalıyıq. Bəli, tərkibində çox sayda vitaminlər var, amma unutmuruq- həm də çox yemək bizi kökəldəcək.

  • İspanaq – dəmir ehtiyacımız və parlaq dəri üçün mütləqdir.

  • Balıq – az kalorili və çox sağlam qidadır. Bu səbəbdən də həftədə iki dəfə balıq yeməyimiz mütləqdir.

  • Qreypfrut – yağ əridici təsiri var, gündə bir ədəd qreypfrut ariqlamağımıza çox kömək olacaq.

  • Yulaf – undan imtina etdikdən sonra menyumuzda az miqdarda yulaf olmalıdır, yoxsa unlu məmulatlar yeməyə başladıqda bu bizdə kökəlməyə səbəb olacaq.

Çörək və şəkər eyni qida ailəsinə daxildirlər. Onlar rafinadlaşdırılmış karbohidratlara aiddir, hansi ki, bədəndə piy qatı yaratmaq üçün yığılır. Bundan da əlavə şəkər və undan istifadə insulin səviyyəsini artırır, bu isə hormon balansının pozulmasına gətirib çıxarır.

Hələ bunlar bir tərəfə – sizə qısa və konkret deyim: Şəkər səni gombul edir. Şəkər qarın piyləri yaradır. Yağ, süd və bu kimi başqa yağlı məhsullar belə şəkər qədər zərərli və kökəldən deyil!

Nə edək? Necə tərgidək?

21 gün qanunu deyə bir şey var. Yəqin çoxunuz eşitmisiz. 21 gün bir şeyi istifadə etmirsənsə daha sonra bunları bədənin belə istəmir və bu 21 gündə bütün orqanizmdə dəyişikliklər baş verir.

Bəs bu dəyişikliklər nədir?

İlk 7 gündə – İlk öncə bədəndə hər şey artıq rəf kimi düzülməyə başlayacaq. Elə bil otağı yığışdırmağa başlamısan və artıq dərin təmizliyin bir hissəsini bitirmisən. Daha sonra dadlar sənin üçün dəyişməyə başlayacaq. Əvvəl çox dadlı saydığınız şeylər artıq sizə elə də cəzb edici gəlməyəcək. Şişkinliyiniz gedəcək və həzm sisteminiz daha yaxşı olacaq. Bundan da əlavə par par parlayan dəri də gözlərinizi oxşayacaq.

14 gün sonra – Bədəniniz artıq zirzibil yemək istəməyəcək, heç ürəyinizdən də keçməyəcək. Yeni qəbul etməyə başladığınız yeməklər artıq sizin ən sevimlinizə çevriləcək və daha sağlam atışdırmalıqlar seçəcəksiz. Artıq əsəb sisteminiz də normallaşacaq və daha sakit sülh içində hiss edəcəksiz.

21 günün sonunda – Bədənin təzə pəhrizinə çox alışmış olacaq. Artıq bədəniniz daha sağlamdır. Öncədən yediyiniz o lazımsız yeməklər bədəndən təmizlənib və siz daha gümrah hiss edəcəksiz. İncə bel və daha təmiz bədən söz verilən nəticədir! Uzun sözün qısası, çox gözəl hiss etməklə yanaşı həm də daxildən daha möhtəşəm hisslər keçirəcəksiz.

21 gün nədir ki? Bu çox qısa vaxt bizə böyük şeylər vədd edir. Bu səbəbdən də elə bugündən buna əməl etməyə çalışın. Əmin olun, siz ən dəyərlisiz və sağlam olmaq sizin ən təbii haqqınızdır.