Jane Eyre təkcə sevgi hekayəsi deyildir. Həmçinin insanın özünü tapmağı, həyatdakı balansını qorumağı da ön plandadır. Yetim qız çətin uşaqlıq yaşamış biri olaraq özünü kəşf etməyə başlayır. O təkcə sevmək istəmir. Həm də yaxşı insan olmaq istəyir. Bir az feministdir. O zaman üçün bu fikirlər dəlilik idi, ancaq yenə də bu əsər çox sevilir və filmi də var. Charlotte Bronte bu əsəri ilə klassik ingilis ədəbiyyatına öz töhfəsini vermişdir.

Mən 2011-ci ildəki filmini izləmişdim. Çox da bəyənmişdim. Filmin IMDB xalı 7.4-dür.

Ən sevdiyim sitatları sizlərlə paylaşmaq istədim, ancaq bunları oxuduğunuz zaman gözünüzün önündə həmən illər canlansın. 19-cu əsrə aid bu əsərdə qadının gücünü və o zamanki halını düşünün. 1847-ci ildə çap edilən kitab üçün çox güclü sözlərdir məncə.

  • Kasıb, balaca və rəngsiz olduğuma görə ruhsuz olduğumu düşünürsüz? Xeyr! Mənim də sizin qədər duyğularım var və hiss etmək üçün böyük ürəyə sahibəm.

  • Səssizlik əsəbləri sakitləşdirir.

  • Bütün dünya sənə nifrət etsə də və yalançı olduğunu düşünsə də əgər vicdanın rahatdırsa başını dik tutmalısan!

  • Bir mələk deyiləm, ölənə qədər də olmayacam! Mən özüməm və belə də qalacam!

  • Bir quş deyiləm və qəfəsdə bağlı deyiləm. Bir şəxsiyyətəm və həyatımın sonuna qədər də azadam!

  • Bir qadının ənənələrə qarşı çıxılacaq olsa belə öyrənmək istədiyi bir şeylər varsa, onu qınamamalısınız.

  • İnsana can yoldaşı hər zaman lazımdır.

  • Hər insan birilərini, bir şeyləri sevmək istər.

  • Rahata alışma, insanlara çox bağlanma, həmişə bir məqsədin olsun. Eşidirsən, Jane?

  • Unutmayın! Qarşınızdakını necə mühakimə edərsəniz, sizi də elə mühakimə edəcəklər.

  • Hər rəsmin anlatdığı bir hekayə vardır.

  • Ətrafındakı insanlar tərəfindən sevilmək, varlığınla onları xoşbəxt etmək necə də gözəldir!