Joseph/John MERRICK “Fil Adam” tarixin ən şanssız adamlarından biridir. John MERRICK 5 Avqust 1862-ci ildə İngiltərədə doğulmuşdur. 11 yaşına qədər həyatında hər şey yolunda getmişdir. Lakin anasının ölümünə qədər. Anasının ölümündən sonra Merrick’in atası evlənir və Cozef MERRICK ögey anasıyla yaşamaq məcburiyyətində qalır. Ögey anası tərəfindən davamlı xor görülən Cozef bir neçə dəfə evdən qaçmaq istəsə də atası tərəfindən geri gətirilmişdir. Cozef 13 yaşında siqaret fabrikində iş tapır. Lakin üç il sonra Cozef MERRICK’in sağ qolunda məna verə bilmədiyi bir pozuqluq meydana gəlməyə başlayır və qolu artıq işini görməsinə mane olacaq vəziyyətə gəlir. Merrick’in qolu və ətraf qisimi hər keçən gün daha pisə doğru gedir. Bir tərəfdən iş axtaran Cozef, bir tərəfdən insanların təzyiqinə uğrayır. İşləmək və pul qazanmaq məcburiyyətindədir, bunun üçün marketinq edib satış etmək istəyir, lakin qorxuducu görünüşündən ötəri bu işdə müvəffəqiyyətli ola bilməz. Cozef MERRICK artıq üzündə bez parçası və papaqla gəzməyə başlayır. Üzündə bez və başında papaqla pulsuz və evsiz qalan Cozef MERRICK üçün tək variant qalmışdır; o da xəstəliyindən pul qazanmaq. Üzünü gizlətməkdən imtina edir və sirkə qatılır. Sirkdə “məxluqat” olaraq tanıdılır və bundan pul qazanır. Hər kəs hər zaman olduğu kimi ona təəccüblə baxır. Cozef, Mile End Road’dakı bir mağazada maraq çəkmək məqsədi ilə özünü göstərərkən, fizioloq, elm adamı Frederick Treves tərəfindən görülür. Doktor Cozefə kartını verir və onu test etmək istədiyini söyləyir. Qısa bir müddət sonra sirk nümayişlərinin İngiltərədə qadağan edilməsiylə Cozef İngiltərədən ayrılıb Belçikaya doğru səfərə başlayır. Ordakı sirklə görüşür, lakin sirk sahibi həm onu alçaldaraq qarşılayır və Cozefin sahib olduğu bütün pulunu oğurlayır. Həyatda hər zaman olduğu kimi yenə pis şansıyla üzləşən Cozef MERRICK, İngiltərəyə dönərkən başına bir çox hadisə gəlmiş hətta xalq tərəfindən təzyiq görərkən polislər son anda köməyinə yetişmişdir. Narahatlığından ötəri düzgün danışa bilməyən Cozefin cibindən Doktor Treves’in kartı çıxmış və Merrick’i ona gətirmişlər. Bundan sonra bir az da olsa həyatı yaxşı getməyə başlayır “Fil Adam” ın və çox keçmədən İngiltərə kral ailəsinin və cəmiyyətin böyük marağını toplayır. Doktor Frederick Treves’in nəzaretində olan Cozefə, Treves tərəfindən doğuşdan sümük pozuqluğu diaqnozu qoyuldu. Lakin işin gerçəyi 100 il sonra anlaşılacaqdı. Son dəfə normal olmaq istəmişdi. Hələ 27 yaşında, 11 Aprel 1890 tarixində həyatı sona çatan Cozef Merrick’in ölümü də həyatı qədər maraqlı və tragik olmuşdur. Başının həddindən artıq ağırlığından ötəri normal bir şəkildə yata bilməyən Cozef, bir dəfə olsun o şəkildə yatmağı sınamış, lakin yuxuya daldığı gecə boynunda çıxıq meydana gəlir, nəfəs ala bilmir və həyata gözlərini yumur. Xəstəliyinə isə tam 100 il sonra ad qoyulmuşdur. Buna görə: Merrick’də çox nadir görülən Proteus Sindromu vardı, lakin bu tək başına kafi deyildi. Çünki bu sindrom 25 milyonda 1 insanda görülürdü və buna görə fil adamın bənzərlərinin də yer üzündə olması lazım idi. Lakin MERRICK kimisi daha əvvəl görülməmişdi. MERRICK Proteus sindromuna tutulduğu azmış kimi bir də NF- 1 deyilən 2.500 doğumda 1 görülən başqa bir şəkil pozuqluğuna tutulmuşdu. Cozef MERRICK, fil adam iki çox nadir görülən sindroma tutulmuş bəlkə də tarixdə görülən ən şanssız insan olmuşdu. Cozefin həyatı David Lynchin, Anthony Hopkins və John Hurt’ün baş rollarını paylaşdığı 1980 istehsalı “The Elephant Man” , “Fil Adam” filminə mövzu olmuşdur.