19-cu əsrdə amerikalı qadınların canını qab-qacaq yumaq çox sıxmağa başlamışdı . Qab yumağın onların  vəzifələri olmadığını düşünürdülər. Bu cür işlərlə məşğul olmaq yerinə daha ictimai fəaliyyətlərə zaman ayırmaq istəyirdilər. Bu səbəblə tutduqları təmizlikçilər onların yerinə bu vəzifələri yerinə yetirirdi. Çox sevdikləri yemək servizlərinə xidmətçilərin yaxşı davranmadıqlarından şikayət edirdilər. Bir çox qadın qabyuyan maşını icad edə bilmək üçün dəyişik fikirlər irəli sürürdü. Ancaq ilk patent 1885-ci ildə Josephine G. Cochran tərəfindən alındı. Cochran yaradıcılıq mövzusunda rəqiblərindən bir addım öndəydi, bunun səbəbi buxarlı gəmini icad etdiyini ortaya atan John Fitch’in nəslindən olması idi.  Cochran hər zaman daha üstün bir yaşayış tərzi xəyal etdi. Buna görə adının daha asan xatırlanacaq “Cochrane, Cochran ” kimi şəkillərdə yazdığı deyilməkdədir. Qabyuyan maşınının patentini aldığı zaman adı Josephine G. Cochran olaraq tarixə keçdi.  Maşının iş sistemi çox sadə idi. Alt qisimdə yer alan iki silindr ilə vurulan su və sabun, maşının içində qab-qacaqların düzüldüyü rəflərə püskürdülürdü. Daha sonra əmici silindrlər bu suyu çəkirdi. Evlərdə istifadə edilmək üçün hazırlanan maşınlar, yan tərəflərində olan qol köməyi ilə işlədilirdi. Daha böyük ehtiyac görülən iş yerlərində isə buxar gücündən faydalanılırdı.  Bir sərgidə jurnalistlər tərəfindən maşınların tanıdılması üzərinə daha çox məşhurlaşdı. Maşının satılmasıyla da özü məşğul olan Cochran, marketinqin icad etməkdən daha çətin olduğunu və indiki ağılı olsa bu işə girişməyəcəyini söyləmişdi.